Предыдущая публикация
Gəncliyi saralıb xəzəl olanda
Küləyə çevrilib əsər qadınlar
Özü taleyindən gözəl olanda
Birinci özündən küsər qadınlar
*
Ömründə bir dəfə xoş gün dadmayıb
Gündüzlər gülməyib, gecə yatmayıb
Günahkar dillərə gücü çatmayıb
Günahsız saçını kəsər qadınlar
*
Tutar əllərindən bir yad aparar
Özüylə tər-təmiz bir ad aparar
Sevgisi qəlbində fəryad qoparar
Bir ömür boyunca susar qadınlar
*
Ürəyi od tutub alışsa belə
Çəkdiyi ağrını gətirməz dilə
Dərdini xəfif bir təbəssüm ilə
Gözdən pərdə edib asar qadınlar
*
Əzəldən acıdır gözün kövsəri
Tükənər taqəti, bitməz dərd-səri
Ən gözəl, ən şirin xatirələri
Duz tək yarasına basar qadınlar...*****
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев