(Nəqarət: QaraQan)
Mən İnanmıram, mən görürəm gecələr ancaq ulduzları.
Mən İnanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi.
Mən İnanmıram, hiss edirəm havanı, küləyi, dənizləri.
Mən İnanmıram, bəsdi danışmayın mənə yalan hekayələri.
(verse: QaraQan)
Mən inanmıram sizə, siz qəzetlər, verlişlər, kanallar, dalğalar, xəbərlər.
Mən inanmıram sizə, siz valideynlər, qohumlar, ailəvi nəsihətlər, tərbiyələr.
Mən inanmıram sizə, siz müəllimlər, məktəblər, dərsliklər, imtahanlar, qiymətlər.
Mən inanmıram sizə, siz şayələr, dedilər, qodular, nağıllar və qeybətlər.
Mən inanmıram sizə, siz sevgilər, 8 Mart, Valentine, üzüklər, nişanlar.
Mən inanmıram sizə, siz mollalar, yalançı nəzirlər, iki-üzlü imamlar.
Mən inanmıram sizə, siz matəmlər, tətillər, qara günlər, ağ günlər, bayramlar.
Mən inanmıram sizə, siz insanlar, insanlar, insanlar, insanlar, insanlar.
Mən inanmıram sizə, siz banklar, kreditlər, maaşlar, pullar və faizlər.
Mən inanmıram sizə, siz tanışlıq, yerlilik, yaltaqlıq, qohumbazlıq, xahişlər.
Mən inanmıram sizə, siz yaxınlar, dostlar, tanışlar, facebookda commentlər.
Mən inanmıram sizə, siz ulduzlar, Hollywood, Grammylər, Oscarlar, Happy Endlər.
Mən inanmıram sizə, siz bayraqlar, torpaqlar, əcdadlar, dostlar və düşmənlər.
Mən inanmıram sizə, siz Bağdadlar, Əfqanıstan, sülh adıyla məhv olan Vietnamlar.
Mən inanmıram sizə, siz qızıllar, brilliantlar, dəb, glamour əskilər və brendlər.
Mən inanmıram sizə, siz manikenlər, maskalar, oyuncaqlar, barbilər və kenlər.
(Nəqarət: QaraQan)
Mən İnanmıram, mən görürəm gecələr ancaq ulduzları.
Mən İnanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi.
Mən İnanmıram, hiss edirəm havanı, küləyi, dənizləri.
Mən İnanmıram, bəsdi danışmayın mənə yalan hekayələri.
(verse2-QaraQan)
Mən inanmıram sizə, siz məşhurluq xətrinə fəlsəfədən yazan saxta şairlər.
Mən inanmıram sizə, siz varlılar gələndə həkimlər, kasıblara qatillər.
Mən inanmıram sizə, siz fanatlar, bir səhvə görə hazırsız məni məhv etməyə.
Mən inanmıram sizə, siz xaç yürüşlərindən sonra danışırsız insanları əhv etməkdən.
Mən inanmıram sizə, siz Coca-Cola, General Motors və rəngli agetasiyalar.
Dünyada yoxdu artıq ölkələr, dünyanı çoxdan idarə eləyir koorparasiyalar.
Mən inanmıram sizə, siz yaslar və toylar, bukmakerlər, satılmış oyunlar.
Siz qaynanalar, qaynatalar, sevgini məhv edən baldızlar, qudalar, qayınlar.
Mən inanıram göydə parıldayan günəşə, o verir mənə isti, o verir mənə nur.
Mən inanıram qayalardan axan bulağa, o verir mənə can, o verir mənə su.
Mən inanıram torpağa, mən onun üstündəyəm, dərindən nəfəs alıram təmiz havayla.
Mən inanıram küləyə, məni sığallayır, dənizin içində rəqs eləyirəm dalğayla.
Fərqi nə sən kimsən, nədir adın, millətin, biz isinirik altında eyni günəşin.
Bir səma altında bir neçə ovuc insan, deyin, nəyə görə bir-birinin düşməni.
Mən inanmıram müharibələrə və silaha,
Mən inanmıram qəhrəmanlığa, boş qana.
Mən inanıram ancaq sevgiyə, mən inanıram ancaq Allaha.
(Nəqarət: QaraQan)
Mən İnanmıram, mən görürəm gecələr ancaq ulduzları.
Mən İnanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi.
Mən İnanmıram, hiss edirəm havanı, küləyi, dənizləri.
Mən İnanmıram, bəsdi danışmayın mənə yalan hekayələri.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев