(verse: Felon De Jure)
Məni Qaytar.... Məni Qaytar....
Bəlkə xəbərim yox, əsərim yox.
Yazılası səhərim yox.
Gecə sonsuz, küçə sonsuz, gedirəm.
Ölümün önünü tuta biləcək çəpərim yox...
Axtarmasın bu gün heç kəs məni.
Qəlbimin qara küçələrində azmışam.
Qazmışam ümidə qəbir.
Bu gün mən özüm-özümdən qaçmışam.
Açmışam dəftər, qələm.
Sətirə bir ovuc hərf tökmüşəm.
Hər kəs kimi məndə “Sabah hər şey düzələr”
Deyib, bu günümə dözmüşəm, ölmüşəm..
Bəlkə xəbərim yox, əsərim yox.
Yazılası səhərim yox.
Gecə sonsuz, küçə sonsuz, gedirəm.
Ölümün önünü tuta biləcək çəpərim yox.
Qəzəbim yox. Həyatımdan razıyam.
Tanrı yazıçıdı, mən yazıyam.
Həm şəhid oldum, həm qaziyəm.
İşğal edilə bilməyən əraziyəm, mən.
Səhv yol, düz yol.
Önümdə yüz yol, iz qoy.
Bir ruh, üzdə yüz rol.
Yenə dağılıb ürəy otağının səliqəsi.
Əzrayıl gəlsə, tələb elə vəsiqəsin.
Qəribədi bu gün həyatım mənim.
Hisslər içimi qanadır mənim.
Arzular qəlbimdə pas atır mənim.
İllər qəbrimə uzanır mənim.
(Nəqarət: QaraQan & Felon De Jure)
Məni "mənə" Qaytar.
Axtar, ürəyimin ən dərin dərəsində.
Sərin qəfəsində, qəmin nəfəsində qalmışam.
Hisslərimin içində azmışam, ölmüşəm.
Bəlkə xəbərim yox, əsərim yox.
Yazılası səhərim yox.
Gecə sonsuz, küçə sonsuz, gedirəm.
Ölümün önünü tuta biləcək çəpərim yox-(x3)
(verse: QaraQan)
Axtarmasın bu gün heç kəs məni.
Qəlbimin qara gecələrində azmışam.
Düzmüşəm zibilə səbir.
Bu gün mən özüm-özümdən bezmişəm, yazmışam.
Sonsuz kədər içində bir ovuc sevinc görmüşəm.
Hər kəs ilə mən də bu kiçik sevincimi, bərabər, doğru bölmüşəm, ölmüşəm.
Bəlkə xəbərim yox, əsərim yox.
Yazılası səhərim yox.
Gecə sonsuz, küçə sonsuz, gedirəm.
Ölümün önünü tuta biləcək çəpərim yox.
Şəkərim yox, QaraQanam, acıyam.
Siz nökərlərim, mən raciyəm.
Günəşim qaranlıqdan haşiyə.
Həyatım gülməli bir faciə.
Sərt ol, mərd ol. Ölümə dərd ol
Cəld ol, fərd ol. Hərdən pərt ol
Yenə İrəlidə “Baku Clan” qəbiləsi.
Yazıda Felona “QaraQan” nəzirəsi.
Kəsiləsi bu gün həyatım mənim.
Uçmur, qırılıb qanadım mənim.
Bəsdir özümə savadım mənim.
Səssiz dayanıb saatım mənim.
(Nəqarət: QaraQan & Felon De Jure)
Məni "mənə" Qaytar.
Axtar, ürəyimin ən dərin dərəsində.
Sərin qəfəsində, qəmin nəfəsində qalmışam.
Hisslərimin içində azmışam, ölmüşəm.
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox.
Gecə sonsuz, küçə sonsuz, gedirəm.
Ölümün önünü tuta biləcək çəpərim yox-(x3)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев