(skit)
Gəmi gəldi belə, məni dinlə belə, sən mənim həyatıma duyğu ol. Qəmli könlümə də, dünya halıma da danma bunu mənə sağdı-sol. Elə fərz elə qara qarğalar yoluma qondular fayda bol. Anla sözdü cana axdı dələyqana, yanıma qaçdı belə, Mənim ol mənim ol...
(verse: Mdis)
Qoy ağlayım düşünmə məsum ürəyə tikan batdı,
Yalvarırdım diz üstündə göylərdən yagış yağdı.
Buludlar da dolub içində, sərin külək, bir də ay.
İslanmış parça kağız, həriflər də çəkir haray.
Qalan ömrümün ilk gününü də beləcə zamana qatıram mən də,
Ağlayarmış balaca sərçə, hər qartal tük tökəndə.
Adımı mən dəyişsəm indi, görəsən həyatım dəyişərmi.
Ölümə qaçsam əli cibimdə, torpaq göylə sevişərmi,
Gəl qəlbimi yerindən çıxart damarlarını qır bir-bir.
Axsın qan, bulaşsın, ağ köynəyi gəl sevindir.
Yalvarsın ümidə yenə də məni ümidlər bu günə saldı,
Dırnağılla deş qəlbimi ölüm də bir sualdı.
Təkcə mənim üçün yanıb, alışan, kül olan siqaretimdi.
Yoluma manye tərs duyğu şeirlərdə şəraitimdi.
Mənə bircə dəfə imkan ver ürəyə qarşı pıçıldayım,
Səni qucaqlayım sevinclə, qəhərlərimi qaralayım.
Razıyam hər vaxtı, bir ili, beş ili, on ili gözləyərəm,
Sevgi nağılına qəm düşmüş, gözlərimi də gizliyərəm,
Sən yagış ol, göydən ax ginən onu torpağa bəsliyəcəm,
İslat ginən gəl üst-başımı hər bir damlasını sevəcəm.
(Nəqarət)
Gəmi gəldi belə, məni dinlə belə, sən mənim həyatıma duyğu ol.
Qəmli könlümə də, dünya halıma da danma bunu mənə sağdı-sol.
Elə fərz elə qara qarğalar yoluma qondular fayda bol.
Anla sözdü cana axdı dələyqana, yanıma qaçdı belə, Mənim ol-(x2)
(verse2-Mdis)
Hələki bağla gözünü əlini qoy könlümün üstünə,
Bir dəqiqəni yaradaq sevinclə qəmli qəlbimə,
Yadaki hiss et boş məzardı, baş daşımı da itirdim,
Ağlama, amma, cəht elə bunu əsərlərdə sevirdim,
Divarlarda kölgəm ilə axtarırdım mən bu söhbəti,
Yumruqda qana bulaşdı çirkli oldu sərhədi,
Mərqətindi yaxın sirri qana bulaşdı sözlərim,
Mərdəkəyəm gəl bunları sümük sızdı neyləyim?
Qıfıl vurdum bağlı qəlbimə, açarların itirmişəm,
Qoy biraz da mübhən olsun, insan oğlu görmüşəm.
Yadaki mövzular yetir, maraqlı olsun kainat,
Ağlamaqla bitərmiş sevinclə yanmış zarafat.
Bilki qocalmaq, saçlarımın ağarmasında deyil,
Öz təfəkkürüm, durğunluq və ətalətindədir.
Yarım qalmış fəsil keçdi, payız söndü bu son deyil,
Külək coşdu, həmən dondu, tənha bulud qəlbindədir.
Röyam çox münəvvəs idi rayihə durdu qərib ağla,
Göz yaşınla doldur badəni, o yaşdan mənə də saxla,
Yadaki dinmə sus bir anlıq, həyat varlığı min amindi,
Zalım dünya dövür etdikcə, çuxur qazdı yola əmindir.
(Nəqarət)
Gəmi gəldi belə, məni dinlə belə, sən mənim həyatıma duyğu ol.
Qəmli könlümə də, dünya halıma da danma bunu mənə sağdı-sol.
Elə fərz elə qara qarğalar yoluma qondular fayda bol.
Anla sözdü cana axdı dələyqana, yanıma qaçdı belə, Mənim ol-(x2)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев