(verse: QaraQan)
Həyatım əllərimdə əriyən şam kimi.
Qaranlıq aləmimdə son ümidin yasında.
Göz yaşımda qəmli xatirə.
Əzablarımla qəlbimin pıçıltısı kəsildi.
Səbrimin sonu uzaq, bu daş-kəsəkli yolda qatiləm..
Ölən qərar, uzaq səfər, belimdə illərin yükü.
Səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri.
Qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər.
Köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri.
Ürək ölüb və bilmək istəmir.
Bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz.
Bu gün külək bitər, günəş itər.
Buludlu göydə yelkənim küləksiz.
Ürəksiz tikilsin heykəlim və gözlərim bəbəksiz.
Qapını bağlayın, heç kəs gəlməsin.
Bu gün özüm-özümlə qalmaq istərəm.
Ölmək istərəm, ölümü gözlərəm.
Ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə sətiri izlərəm.
Dünya çox gözəl və çox yalançı.
Nəğmələr oxundu, şeirlər yazıldı.
Hər birində körpə qəlbimin əlində can verən göyərçin.
Hələ də uçmaq arzusuyla çırpınan qanadların səsində.
Anladım sevgilər nağıl, nağıllar yalan, arzular tamam.
Bu şəhər yad mənə tamam.
Gecə sonsuz, durub zaman.
Yaram sağalmır, axır qan.
Geri zülmət, irəli duman.
Yenə nifrət, kədər, güman.
Halım yaman, köməy aman,
Damarlarımda qara qan..
(Nəqarət: QaraQan)
Qırıldı qəlbim, kədərli dərdim.
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında.
Tükəndi səbrim, soyuqdu qəbrim.
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında.
Qırıldı qəlbim, kədərli dərdim.
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında.
Tükəndi səbrim, soyuqdu qəbrim.
Gözlərimdən yaş gəldi.
Qaranlığıma xoş gəldin.
(verse2-QaraQan)
Uşaqlığımla görüşsəydim, ağlayıb qaçardı.
Qorxub üzünə baxmadan bu qəribə adamın, anasına çatardı.
Ürək atardı, gecə yatardı qollarında zülmətin.
Sadəlöv arzular, bahalı zamanı heçə satardı.
Şaxtalar dəyişdi, üzümün yarası, kədəri, qırışı artdı.
Söyüşü artdı dilimin.
İllər ötdü, ürəyim indi sərtdi.
Mələyi tutmaq istədim əlimlə, parıltıdan göz qamaşdı.
Qürurum və vicdanım, hisslərimlə çox dalaşdı.
Çox dirəşdi tələdə, səhərə kimi bu dərədə.
Arada sırada qələbə, çataram hədəfə.
Yarama səpələ duzunu, düzünü.
Yuxumu, gözümün irağı edərəm üzünü.
Taparam izini gedərəm.
Səsinə çataram, əlini tutaram.
Harda olsa, qalada, dərədə, təpədə.
Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdı.
Dəli şair gözü yaşlı, tənha gecələr yatmazdı.
Səhra yolumun əvvəlində
Cəllad, silah əllərində.
Qarabasma, yenə tərlədim mən
Dəftər dolu qəzəllərimlə.
Səssiz ol, yenə də bir həyat tamaşası bitdi, bu gecə də qəmli sonu.
Sevgi donu geyinən hər kədəri də ilk baxışda tanımışdım onu.
Bu tikanlı yolu qara dərviş bəzədi saray kimi.
Nəfəsinə şaxta qonub.
Qara qarğa qonub evimin bacasına.
Cavanını, qocasını söy mikrafona.
(Bü nə iydi?)
İllər köçər, kitab rəfimdə oxunmamış neçə nağıl.
Uşaqlığımın üzünə tüpürüb
Dəqiqələr də çox paxıl.
İnanmıram ki, bir dəqiqə versin altmışbir saniyə.
O əlavə bir saniyədə bir söz qışqırım. Tövbəəəəəəə.......Tövbəəəəəəə......
(Nəqarət: QaraQan)
Qırıldı qəlbim, kədərli dərdim.
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında.
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında.
Qırıldı qəlbim, kədərli dərdim.
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında.
Tükəndi səbrim, soyuqdu qəbrim.
Gözlərimdən yaş gəldi.
Qaranlığıma xoş gəldin.
(verse3-QaraQan)
Və artıq görmürəm yuxularımda Cənnəti.
Bu qəlbimin sonuncu harayı hansı Cəhənnəmdə, bilmirəm.
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdi.
Yoruldu, tab gətirmir, acı, kədərli illərə.
Artıq görmürəm yuxularımda Cənnəti.
Bu qəlbimin sonuncu harayı hansı. Cəhənnəmdə, bilmirəm.
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdi.
Dözmək olmur, artıq bəsdir.
Buraxın uçum göylərəəə...
(Nəqarət: QaraQan)
Qırıldı qəlbim, kədərli dərdim.
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında.
Tükəndi səbrim, soyuqdu qəbrim.
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında.
Qırıldı qəlbim, kədərli dərdim.
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında.
Tükəndi səbrim, soyuqdu qəbrim.
Gözlərimdən yaş gəldi.
Qaranlığıma xoş gəldin.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев