(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb.
Səni düşünürəm, sənsə uzaqda.
Hələ neçə illər gör dayanıb.
Yolumuzu gözləyir bizim qabaqda.
(verse: PRoMete)
Bu deyil kədər, sadəcə bir qədər Məsafə var aramızda.
Sən evdəsən, mən uzaqda, gülüm, darıxma.
Hər səhər oyananda təqvimə bax, məni xatırla.
Və unutma, buludların arxasında Günəş var.
Uzun ayrılıqlar şirin olur, əgər sonluğunda görüş var.
Sən demişdin bu sözləri, xatırlayıram, indi üzdə gülüş var.
Döyüşlər, mübahisələr, darıxmışam yaman mən.
Albomları səhifəliyirəm hər gün işdən sonra dəfələrlə.
Dağüstü park, şəkillərimizin kənarları cırıq-cırıq səhifələrdə.
Səndən uzaqlarda mənim üçün eyni küçələr də, döngələr də, dalanlar da.
Çünki sənli xatirələrin iyi gəlmir buralardan.
Oralarda sənin üçün də çox çətindir, bilirəm.
Gülüm, sevirəm səni.
Qoy, bu sətirlər sənə güc verə biləcəyi qədər güc versinlər.
Bahar gəlsin və qaranquşlar gələn kimi bil ki, gəlirəm mən də.
(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb.
Səni düşünürəm, sənsə uzaqda.
Hələ neçə illər gör dayanıb.
Yolumuzu gözləyir bizim qabaqda-(x2)
(verse: Səbinə Rəhimova)
Səndən ayrı mənə sevinc də qəmdir.
Gecələri səhərə gözlər nəmdir.
Sən hər yuxumun qonağı.
Gəl buraxıb uzağı.
Çox darıxıb dodağım sənsiz.
Hər küçə yaşadır bizdən nəsə.
Elə hey axır gözdən nəsə.
Mənim üçün bu dünyanın tək mənası.
Mən və sən, mən və sən.
(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb.
Səni düşünürəm, sənsə uzaqda.
Hələ neçə illər gör dayanıb.
Yolumuzu gözləyir bizim qabaqda-(x2)
(verse2-PRoMete)
Günü-gündən daha da çətindir səndən uzaq.
Uzağın adı uzaqdır, məsafəsi çox uzaq.
Burada yaşadığım mənzildə doludur hər tərəf vərəqlərlə.
Yazılı yerə səpələnmiş qalaq-qalaq.
Artıq həyat tərzimə çevrilib sənin üçün yaşamaq.
Sənin üçün yazmaq və sənin üçün yaratmaq.
Hərdən taqət də azalır, qürbət məni çox sıxır.
Yarı yolda buraxıb hər şeyi, istəmirəm uzatmaq.
Səninlə buraların olardı tamam başqa dadı.
Haraları gəzdirəcəm sənə yadımdadır.
Dünyanın ən böyük şəhərlərini əl-ələ gəzsək.
Çönüb sevgi şəhəri olacaq bu şəhərlərin adı.
Gündüzlər iş də qata bilmir mənim başımı.
Yazmışdın, ağlayırsan gecələr, sil göz yaşını.
Mən də çox darıxıram, amma ki, çox az qalıb.
Sıxılma, yaxındadır görüş, gəzərik Bakını.
(Nəqarət: Səbinə Rəhimova)
Hər səhər mən yuxudan oyanıb.
Səni düşünürəm, sənsə uzaqda.
Hələ neçə illər gör dayanıb.
Yolumuzu gözləyir bizim qabaqda-(x2)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев