☝ *"Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edər".*
📖(Əl-Maun, 4-6)
☝ *''Mən, həqiqətəndə, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!"*
📖(Taha, 14)
☝ *"Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyiri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!"*
📖(Əl-Bəqərə, 110)
☝ *"Namaz qılın, zəkat verin və rükü edənlərlə birlikdə rükü edin!"*
📖(Əl-Bəqərə, 43)
☝ *"De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündir!*
📖(Əl-Maidə, 162)
☝ *"Namazı gündüzün iki başında və gəcənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparır. Bu yada salanlara öyüd və nəsihətdir".*
📖(Hud, 114)
☝ *"İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatı vardır".*
📖(Əl-Bəqərə, 277)
☝ *"İman gətirən bəndələrimə de: "Namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı gün gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər".*
📖(İbrahim, 31)
☝ *"Namazlara, orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın'*'
📖(Əl-Bəqərə, 238)
☝ *"Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir"*
📖(Nisa, 103)
☝ *"Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur. Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənib təriflənən bir məqama göndərsin!"*
📖(Əl-İsra, 78-79)
☝ *"Əhlinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. Gözəl aqibət təqva sahiblərinindir".*
📖(Taha, 132)
☝ *"Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!"*
📖(Ənam, 72)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев