➖“Kaş ki, bir möminin bədənindəki tük olaydım." “Kaş ki, heyvanların yediyi ot olaydım.” Dilini tutaraq: ”bax, məni bəlalara bu saldı” - deyərdi.
🌴 Ömər ibnul Xattab (Allah ondan razı olsun), Tur surəsini oxuyub 7-ci ayəsinə (“Rəbbinin əzabı hökmən vaqe olacaqdır.”) çatdıqda, Allah qorxusundan hönkür-hönkür ağlayaraq xəstələnər, insanlar da ziyarətinə gələrdilər. Gecə Qur'an oxuyarkən, ayəni düşünüb dəhşətə gələr, günlərlə Allah qorxusundan evdən çıxa bilməz, insanlar da xəstələndiyini zənn edib ziyarətinə gələrdilər. Üzündə, ağlamaqdan iki qara cizgi əmələ gəlmişdi. Bir dəfə İbn Abbas (Allah ondan razı olsun), ona :
➖“Allah sənin səbəbinlə şəhərlər qurdu, fəthlər etdirdi » — dediyi zaman “kaş ki, savab bir tərəfə, günahlarsız əzabdan qurtula bilsəydim” cavabını vermiş, haqq-hesab gününün ağır məsuliyyətinə işarə etmişdi.
🌴 Osman ibn Affan (Allah ondan razı olsun), bir qəbrin başında dursa, saqqalı yaşaranadək ağlayar və :
➖“Cənnətlə Cəhənnəm arasında dursam, hansına girəcəyimi bilmədən əvvəl, qul olmağı üstün sayardım."
🌴 Əli bin Əbu Talib (Allah ondan razı olsun) belə deyir :
➖“Uzun əməl, Axirəti adama unutdurur, nəfsinin istəklərinə uymaq isə haqqa mane olur. Diqqətli olun Dünya bizdən uzaqlaşır, Axirət isə bizə doğru yaxınlaşır. Hər ikisinin də öz adamları var. Siz dünyanın deyil, Axirətin adamlarından olun. Çünki bu gün əməl var, haqq-hesab isə yoxdur,
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев