SEHRİN TƏSİRİNİ İSBAT EDƏN DƏLİLLƏR
Bir insan soruşsa ki, dəlil varmı ki, sehr həqiqətəndə insana təsir edir?!
cavab budur ki, bəli buna Allahın kitabı dəlalət edir.
Allah təala buyurur:
فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ
ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Bəqərə 102
Deməli bu ayə dəlalət edir ki, sehrin səbəbi ilə ərlə arvad ayrıla bilir.
Başqa ayədə Allah təala buyurur:
وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ
düyünlərə üfürən cadugər qadınların şərindən. Fələq 4
Bu ayədə النَّفَّاثَاتِ sehirbazlardır hansı ki, düyünlərə üfürürlər.
Nəticə: Elm əhli deyir: "əgər sehrin təsiri olmasa idi Allah təala bizə ondan sığınmağı əmr etməzdi"
Həmçinin Buxari və Muslimdə keçən hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:
مَنْ تَصَبَّحَ بِسَبْعِ تَمَرَاتٍ عَجْوَةً لَمْ يَضُرَّهُ ذَلِكَ الْيَوْمَ سُمٌّ وَلَا سِحْرٌ
Hər kim səhər 7-ədəd acva xurmasından yeyərsə həmin gün ona zəhər və SEHR zərər verməz.
Bu hədisdə açıq aydın dəlalət edir ki, sehrin təsiri var.
Sonra əlavə olaraq deyə bilərik ki, sehrin həqiqətini isbat edən müşahidə olunanlardır.
İnsanlar arasında görsənən budur ki, bəzi insanlar sehrə məruz qalırlar sonradan isə həmin sehr tələf olduqda insan (əvvəlki) həmin vəziyyətinə qayıdır.
Bunlar hamsı dəlalət edir ki, sehrin həqiqəti var və bunu heç kim inkar edə bilməz.
İmam Xattabi buyurur: "Sehrin həqiqətini inkar etmək cahillikdir
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев