Bu bir kimsənin Allahdan başqa yaradan, ruzi verən, dirildən, öldürən və bu kimi ilahi sifətlərə malik olmasına inanmasıdır. Rububiyyə – Rəbb sözündəndir. Lüğətdə – Mürəbbi – tərbiyə edici, Malik – mülk və iqtidar sahibi, Seyyid – ağa, Mudəbbir – yönəldən, düzüb qoşan, Vəli – idarəçi, Munim – neymət verici, Mutəmmim – tamamlayan və s. mənaları ifadə edir.134
İstilahi Mənası – hər bir şeyin Rəbbinin və mütləq Malikin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı O olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın O olduğuna qəti olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdaniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir: “Həmd olsun Allaha aləmlərin Rəbbinə”. (əl-Fatihə 1). ”
Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür”. (əl-Əraf 54).
“Hökm Əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!” (əl-Mulk 1). “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!” (əl-Bəqərə 29). ”
Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun”. (əl- Ənam
1). “O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryam 65).
Tövhidin bu növünü Məkkə dövrünün müşrükləri də belə qəbul edirdilər. Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən Uca və Böyük olan Allahdır; “De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi düzüb qoşan, səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?” (Yunus 31-32) “De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (əl-Muminun 84-89).
“Həqiqətən əgər sən müşriklərdən “Göyləri və yeri kim yaratmışdır?”- deyə soruşsan, onlar mütləq “Allah!”- deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!” ( Loğman 25).
“De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub
özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”. (ər-Rəd 16).
“Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!” (əl-Ənkəbut 61). “Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu başa düşmür”. (əl-Ənkəbut 63).
“De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız? Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (ən-Nəml 59-64).
Subhənəllah! Allahu Əkbər! Əlhəmdulilləh! “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar?…”. (İbrahim 10). “De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?” (əl-Ənam 164).
Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə yaradılmış olmalarıdır. Lakin onlar yenə də Allaha şəriklər qoşurlar. Yəni sizlər belə bir inanca sahib olduğunuza görə Allahdan qorxmanız, Ona heç bir şeyi şərik qoşmamağınız, bir və tək olaraq yalnız Ona ibadət etmənizi də tələb edir.
“Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir”. (Yusuf 106). İbn Abbas deyir ki: “Onların imanı ondan ibarətdir ki, əgər onlardan soruşsan “göyü, yeri, dağları kim yaratmışdır?” Onlar: “Allah”- deyərlər. Bununla yanaşı onlar Allaha şərik qoşardılar”. İkrimə deyir ki: “Əgər onlardan soruşsan “sizi, göyləri, yerləri kim yaratmışdır?” Onlar: “Allah”- deyərlər. Bax onların imanı bundan ibarət idi. Lakin onlar tək olan Allaha ibadət etməzdilər”. Mucahid deyir ki: “Onların iman etdikləri sozləri: “Allah bizi yaratmış, bizi ruziləndirmiş, bizi öldürən (dirildəndir)”. Bu onların imanı idi. Lakin ibadətdə onlar Allaha şəriklər qoşardılar”. Abdur-Rahmən ibn Zeyd ibn Asim deyir ki: “Allaha şərik qoşanlar içərisində elə bir kimsə yoxdur ki, Allaha iman etmiş olmasın. Allahın – Rəbb olduğunu, Yaradan olduğunu, Ruzi verən olduğunu bilməsin. Lakin buna baxmayaraq onlar Allaha şəriklər qoşurlar. Məgər İbrahimin sözünü eşitmədin: “O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir”. (əş-Şuəra 75-77). Heç şübhəsiz ki, onlar aləmlərin Rəbbi ilə yanaşı başqa ilahlara da ibadət edirdilər. Müşriklr arasında elə bir kimsə yoxdur ki, Ona inanmış olmasın. Məgər Ərəbləri necə Təlbiyə (Həcc zamanı söylənilən dua) etdiyini eşitməmisən? Onlar: “Mən Sənin qarşındayam, Ey Rəbbim! Mən Sənin qarşındayam, Mən Sənin qarşındayam, Sənin şərikin yoxdur Sənə məxsus olanlardan başqa. Onlara sahib olan Sənsən, onlar isə heç bir şeyə sahib deyillər”.135 “İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!” (əl-Bəqərə 22). İbn Abbas deyir ki: “Allahdan başqa yedirdən, içirdən heç bir Rəbbiniz olmadığını bildiyiniz halda, heç bir zərər və fayda verə bilməyən şeyləri Allaha şərik qoşmayın. Peyğəmbərin sizi Tövhidə dəvət etdiyinin haqq və heç bir şübhə olmadığı sizə məlumdur”.136 Qatədə deyir: “Siz göyləri və yerləri (və onlar arasında olan hər bir şeyi) Allahın yaratdığını bildiyiniz halda yenə də Ona şərik qoşursunuz”. 137 İbn Qeyyim deyir: “Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar”. (əl- Ənam 1). İbn Abbas deyir: “Allah buyurdu: “Onlar Mənim Rəbbliyimi və Rəhmətimi qəbul etdikləri halda, xəlq etdiyim daşları və bütləri Mənə tay tuturlar”.138
[135] Camiul-Bəyan 8/77-79
[136] İbn Cərir “Təfsir” 1/164.
[137] İbn Cərir “Təfsir” 1/ 164.
[138] İbn Qeyyim “İğasətul-Ləhfan” 2/ 226.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Ərəb müşrikləri deyirdilər ki: “Rububiyyət bütünlüklə Allaha məxsusdur”. Günümüzdə Allahdan qeyrisinə ibadət edənlər deyirlər ki: “Yer üzünü – dənizi, suyu, dağları, Qütbləri (şeyxlər), imamlar idarə edirlər. 4) Müşriklər Lə İləhə İlləllah kəlməsinin mənasını çox gözəl bilib başa düşürdülər. Peyğəmbər onları dəvət etdikdə onlar: “O, ...ЕщёMuhəmməd ibn Abdul-Vahhab deyir: “Bizim günümüzdə şirk edən kimsələr Peyğəmbərin dövründə olan müşriklərdən beş cəhətdən pisdir: 1) Qüreyş müşrikləri (ərəblər) öz bütlərinə rahatçılıqda yaxınlaşıb dua edərdilər. Çətinlikdə isə Allaha dua edərdilər. Günümüzdə olan müşriklər isə həm rahatçılıqda, həm də çətinlikdə öz pirlərinə, övliyalarına ibadət edirlər. 2) Əbu Ləhəbin və Əbu Cəhlin dövründə olan müşriklərin ibadət etdikləri qəbir sahibləri saleh kimsələr idi. Məs: Lat, Uzza və ya Xristianların ibadət etdikləri İsa peyğəmbər idi. Günümüzdə Allahdan qeyrisinə ibadət edənlər isi saleh olmayan və ya saleh olduğu məlum olmayanlara ibadət edirlər. 3)
Ərəb müşrikləri deyirdilər ki: “Rububiyyət bütünlüklə Allaha məxsusdur”. Günümüzdə Allahdan qeyrisinə ibadət edənlər deyirlər ki: “Yer üzünü – dənizi, suyu, dağları, Qütbləri (şeyxlər), imamlar idarə edirlər. 4) Müşriklər Lə İləhə İlləllah kəlməsinin mənasını çox gözəl bilib başa düşürdülər. Peyğəmbər onları dəvət etdikdə onlar: “O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. (Sad 5). İndikilər desələr də başa düşmürlər (İxvanul Muslimin – camaatının liderlərindən biri Seyyid Qutub Lə İləhə İlləllahın – mənasını bilmirdi, qaldı ki cahil cəmaat). 5) Qureyş müşrikləri Rahmən İsmindən başqa (Onlar deyirdilər ki: Rahmən Yəməndən olan sehrbazdır ki, Peyğəmbəri öyrədir) Allahın İsim və Sifətlərini inkar etmirdilər. İndiki özünü müsəlman sayan Əşarilər, Mətrudilər, bütün İsimləri inkar edirlər”.139 Kim yalnız desə Lə İləhə – Allahsızdır, kim yalnız təsdiq edərsə İlləllah – müşrikdir, kim həm inkar, həm də təsdiq edirəsə Muvahhiddir.
Həmçinin də ruzinin artması, bərəkətin çoxalması kimi şeyləri də qəbr sahiblərindən istəmək Allaha rububiyyətində şərik qoşmaqdır. Çünki, ruzini verən də Allahdır; “Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır”. (əz-Zariyyat 57-58).
“De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik deyə cavab versələr) de ki, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz”. (Səba 24). ”
Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?” (ər-Rum 40).
139 “Qavaidul-Ərbəə”.