Allahdan qeyrisini ibadət niyyətilə (Allahla birlikdə və ya Allah kimi sevmək) sevmək – müşriklərin öz bütlərini sevmələridir.
Allahla bərabər öz bütlərini də sevirlər. Qəbir sahiblərinə ibadət etdikdənlərini görsən, sənə aydın olar ki, istənilənə çatmaq üçün qəbirlərə necə can atır, ibadət edir, oraları təmizləyir və qoruyurlar. Kim ibadət olan sevgini Allahdan qeyrisinə həsr edərsə artıq böyük şirk etmişdir. Bu da Allahın bağışlamadığı böyük şirkdir;
“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər”. (Bəqərə 165).
“De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz”. (ət-Tövbə 24).
“(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından onlara güc vermişdir. Allah onları altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır”. (əl-Mücadələ 22).
“Onlar orada çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tutduq”. (əş-Şüəra 97).
Ayədən göründüyü kimi onlar Allahı sevirdilər, lakin bununla yanaşı öz bütlərini də sevirdilər. Bəs öz bütlərini Allahdan daha çox sevən və öz bütlərindən başqa heç kəsi sevməyən kimsə barəsində nə demək olar? Hər bir şeyin əsasında məhəbbət vadır. Əgər bir kimsə hər hansısa bir bəlanın qaldırılması, ehtiyacın ödənilməsi üçün qəbirə doğru yönəlirsə deməli o, kimsəyə qarşı məhəbbəti vardır. Allahı sevən kimsə hər bir şeydə yalnız Allaha yönələr. Allaha qarşı məhəbbət odur ki, insanın qəlbində Allahdan qeyrisinə məhəbbət qalmır. Qəlbində nə qədər sevgi varsa Allaha yönəldir.
Onlar ilahlarını yaratmaqda, ruzi verməkdə, öldürməkdə, diriltməkdə, mülkdə, qadir olmaqda Allaha bərabər tutmayıblar. Onlar Allaha sevgidə, təzimdə bərabər tutublar. Sənin kimi aciz bir qul aləmlərin Rəbbi, hər şey Əlində olan ilə necə bərabər tutula bilər. Sənin kimi hər şeyə möhtac olan möhtacsıza (Allaha) bərabər tutula bilər. Məxluqu Allaha bərabər tutduğuna görə, bundan da daha böyük və çirkin bir zülm ola bilərmi;
“Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tutarlar”. (əl-Ənam 1).
Bu elə bir bərabərlikdir ki, ən böyük zülmü, çirkinliyi əhatə edir;
“Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. (əl-Maidə 54).
Bu ayədə məhəbbətin dörd əlaməti qeyd olunmuşdur:
1) Allah onları, onlar da Allahı sevərlər.
2) Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar.
3) Allah yolunda vuruşarlar.
4) Heç kəsin tənəsindən qorxmazlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1