Предыдущая публикация
çırpa-çırpa
təmizləyir, öz ağlınca,
Bəs etməyir...
Əlbəyaxa çarpışımda ümidlərim
qaralınca
Pəs etməyir.
Ərşə çəkir
əl uzadıb tapındığım nəyim vardı.
Bir başqası bu döyüşü bəlkə
çoxdan uduzardı.
İstəyim də, mətləbim də,
sevincim də daşdan çıxır.
İnamımın zərrə boyda qığılcımı
bilməm necə tab gətirib qışdan
çıxır.
Sən ey həyat!
Ürəyimin nə zamandır yaşadığı o
yerlərə
bir gün mən də gedəcəyəm!
Gerçəyimlə yuxularım,
Qismətimlə arzularım görüşəndə
gedəcəyəm!
Gedəcəyəm,
ümid taxıb mavi rəngli bəxt
quşumun qanadına!
Gedəcəyəm,
Gedəcəyəm
yaşanmayan günlərimin inadına!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1