Предыдущая публикация
Ruslan Cəfərov 1975-ci il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalının Bolnisi (Çörük Qəmərli) rayonunun Babakişilər kəndində anadan olub. 1990-cı ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçüb və Bakıda 53 saylı orta məktəbi bitirib.1994-cü ildə hərbi xidmətə çağırılıb. N saylı hərbi hissədə xidmət edib.1994-cü il aprelin 28-də Tərtər uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Naməlum əsgər adı ilə 2-ci Fəxri Xiyabanda dəfn olunub. 14 gündən sonra may ayının 12-də qəbir açılaraq baxış keçirilib və şəhidin Cəfərov Ruslan Elman oğlu olduğu təsdiqlənib.
Allah rəhmət eləsin!!! Yeri cənnət olsun!!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев