İctimai-Siyasi və Dövlət xadimləri:
Molla İsə
Molla İsə Molla Nəsib oğlu 19-cu əsrin ikinci yarısında Borçalı mahalının Kəpənəkçi kəndində anadan olub. Molla İsə təhsilli və dövrünə görə çox zəngin biri olub. Onun Kəpənəkçi kəndində böyük torpaq sahələri ,Ermənistanın Kalino rayonunun Soyuqbulaq kəndində qaynatasıyla ortaq pendir zavodu, Tbilisidə yeməkxanası olub.
SSRİ qurulduqdan sonra Molla İsə torpaq sahələrini və mal-mülkünü kalxoza könüllü olaraq bağışlayıb.
Qeyd edək ki, Gürcüstan Demokratik Respublikasında 1919-cu ilin fevral ayında parlament seçkiləri keçirildi. Bu seçkilərə "Borçalı Mahalı Müsəlmanları Qrupu" da qatılıb. Qrupun təqdim etdiyi 15 nəfərlik siyahıda Molla İsə Molla Nəsib oğlunun adı da olub.
Xatırladaq ki,bu 15 nəfərlik siyahıdan Msk-a sadəcə 5 nəfərin namizədliyi təsdiq edilib.
Molla İsə Molla Nəsib oğlu 1940-cı illərdə Kəpənəkçi kəndində rəhmətə gedir və burda dəfn olunub.
Mənbə: Gündəlik - Gürcüstan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев