Предыдущая публикация
Axşamınız
xeyir olsun, ey balasının çörəyi xətrinə
haqqı deməyə abır eləyən əziz
soydaşlarım !!
MİRZƏ SAKİT
Gözün haqqi
görəcəkdir,
Qarşına suç tökən kimi
Fələk səni sökəcəkdir,
Dərzi düymə sökən kimi
Tamah səni xoşladacaq,
Ciblərin də boş qalacaq
Əcəl gəlib ağladacaq,
Sinən üstə çökən kimi
Sənin suçun sənə bağlı,
Mənim suçum sinə dağlı
Ağ kəfəndə çənə bağlı,
İtəcəksən bükən kimi
Gördüklərim yuxu çindi,
El içində öz içindi
Əkdiyini dur biç indi,
Şoran yeri əkən kimi
Bar gətirən dən əkmədin,
Məzlumlara yaş tökmədin
Bircə dəfə dərd çəkmədin,
Mirzə Sakit çəkən kimi...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев