Aldı görək İlhamın paradına nə dedi ...
MİRZƏ SAKİT ALİ BAŞ KOMANDAN, CAVAB VER...
Orduda ticarət, səngərlər çarşı,
İstiqlal yerinə bazarkom marşı
Silahlar tuşlanıb millətə qarşı,
Hədəflər göstərir bu gün şər sizə
Ali Baş Komandan, cavab ver bizə
Bir zaman düşməni vur, döy demişdin,
Andiçmə vaxtında nə söyləmişdin ?
Paran çoxaldıqca nə tez dəyişdin...
Səngərdə dönmüsən miskin fərsizə
Ali Baş Komandan, cavab ver bizə
Xalqın süfrəsində ağır daş durur,
Dükanda borc üçün dəftər açdırır
Sənin də mülklərin göz qamaşdırır,
Müftə işləməkdən çıxıb tər dizə
Ali Baş Komandan, cavab ver bizə
İmkan vermirsən ki, həqiqət deyəm,
Ölsəm də qalsam da həqiqətdəyəm
Demişdin - Bu Xalqın Prezidentiyəm,
İndi necə baxsın Bakı Təbrizə ?
Ali Baş Komandan, cavab ver bizə
Erməni əmr edər, əsir də dinlər,
Bu gün əsirlikdə qızlar, gəlinlər
Sənin məddahların nə söyləsinlər,
Biqeyrət məmurlar, təlxək Mer məzə
Ali Baş Komandan, cavab ver bizə
Səndə günah yoxdur, günah qandadı,
Qan içmək öyrədən Xiyabandadı
Getmir damağından nahaq qan dadı,
Məmləkətin qanı axır Mərkəzə
Ali Baş Komandan, cavab ver bizə
Parlament farşından "Oktay küftəsi",
Yeyən deputatdan çıxmaz haqq səsi
Ramiz Mehdiyevin mandat biznesi,
Məhşurdu dünyada yetmiş körfəzə
Ali Baş Komandan, cavab ver bizə
Düşmənin önündə qamət əyirsən,
Məni məzlum görüb nərildəyirsən ?
Diktator dostuna pul göndərirsən,
Süpürgə verirsən burda ərsizə
Ali Baş Komandan, cavab ver bizə
Mənim də Mirzə tək bəyanətim var,
Bu gün coşub qalxan əyalətim var
Səndən Mehribana şikayətim var,
O da eşitməsə deyəm Nərgizə
Ali Baş Komandan, cavab ver bizə...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев