Yəni Düşüncəsizlik, Xoşbəxtlik, Kədər və Eşq.
Danışırlar ki kim birinci axtaracaq? Düşüncəsizlik heç düşünmədən deyir mən və saymağa başlayır. 98, 99, 100 açır. Hamı gizlənmişdi.
Xoşbəxtlik suyun içinə girmişdi.
Kədər ağaca çıxmışdı,
Eşq özünə yer tapa bilmirdi. Artıq gec olduğunu görüb özünü tikanlığa atır.
Düşüncəsizlik gözünü açır,... xoşbəxtlik xoşbəxtlikdən suyun içindən çıxır tapılır, Kədər isə o qədər üzülür ki, ağacda dayana bilmir tapılır. Sıra gəlir Eşqə, çox axtarırlar Eşqi.
Birdən bir qışqırıq səsi eşidirlər, hamısı qorxurlar, görürlər ki, səs tikanlıqdan gəlir. Hamısı qaçırlar tikanlığa tərəf. Görürlər ki, tikanlıqdan çıxan Eşqin gözlərindən qan gəlir, təmiz qanın içindədi. Nə oldu deyə soruşanda? Eşq: Tikan batdı deyə cavab verir. Düşüncəsizlik, düşünmədən deyir ki, mən sənin gözün olaram. Elə o zamandan Eşqin gözü kor olur, Düşüncəsizlik isə Eşq-in gözü olur.
Ona gorə də insan düşünmədən Aşiq olur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев