Предыдущая публикация
Qohumum,dostum,heç tanışım da deyilsən,amma,mənə məndən yaxınsan.Varlığımda mənliyimsən.
Xəyal deyilsən,həqiqətsən,varsan,amma,yoxsan həyatımda,hər zaman xəyalımdasan.Sadəcə səni xəyal edə bilirəm.
Nəfəs deyilsən,amma,nəfəs qədər önəmlisən,nəfəs kimi yaşadırsan məni.Sən olmasan mən də olmaram.
Ürək deyilsən, amma, illərdirki köksümdə döyünürsən, məni sən yaşadırsan.Səninlə yaşayıram.
Ruh deyilsən,amma,ruhum sənsən.Ruh kimi canımdasan,ayrılmırsan məndən.
Söz deyilsən,cümlə deyilsən,amma,hər sözüm sənsən,hər cümləm səndən ibarətdi.
Külək deyilsən,günəş deyilsən,səma deyilsən,amma,çata bilmirəm,toxuna bilmirəm sənə.Hər zaman əlçatmazsan,hər zaman uzaqsan.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев