Ilin on iki ayının biri də Ramazan ayıdır. Dinimizə görə mübarək aydır. Bu aya da Ramazan adı verən Allah-Təaladır. Qurani-Kərim bu ayda nazil olmuşdur.
"Bəqərə" surəsinin 185-ci ayəsində: "Ramazan elə bir aydır ki, bu ayda insanlara doğru yol göstərən, Haqqı batildən ayırd edən açıq-aydın ayələrlə Quran endirildi. Ramazan ayına çatan, ərişən oruc tutsun" buyuruldu.
Oruca ərəb dilində "savum" deyilir. "Oruc" sözü yemək, içmək, cimadan (cinsi əlaqə) və hər cür nəfsi hisslərdən kəsilmək, Allah qatında çox böyük, sevimli bir ibadətdir.
Bu ayda göylərin qapıları açılaraq Cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirlərə vurular. Ramazan içində elə bir gecə var ki, onun feyzindən məhrum olan, hər cür xeyirdən məhrum olur" buyurmuşlardı.Bu aya səbr ayı da demək olar.
Hər bir kəs eləcə də,15 yaşından böyük qız və qadınlar təmiz günlərində oruc tutarlar. Amma səfərdə olanlar, xəstə olanlar, uşaq əmizdirən qadınlar, hamilə qadınlar oruc tutmazlar və sonra tutmadıqları orucu müəyyən bir vaxtda tutarlar. Bu günlərdə orucunu bilərək pozan biri qəza olaraq 61 gün oruc tutar. Orucu müəyyən səbəbə görə tuta bilməyən bir kəs hər gün bir müsəlman kasıbı yedirib içirəcək və yaxud bunlara yetəcək qədər pul verəcək. Qadınlar heyz halında oruc tutmazlar, namaz qılmazlar. Bu halda daha sonra namazın qəzası qılınmır, lakin orucun qəzası tutulur. Müəyyən xəstəlik və ya başqa səbəbə görə oruc tuta bilməyən kəs fitrə verməlidir. Fitrənin qədəri 1 kasıb müsəlmanın doyacaöı qədərdir. 1 aylıq fitrə birdən verilməz, hər günkü fitrə hər gün verilir.
Orucu pozan şeylər: yemək, içmək cima etməkdir. Oruc vaxtı iynə vurdurmaq orucu pozar. Qəzası lazım olan şeylər bunlardır: bilərək ağız dolusu qusmaq. Dərin bir yaraya dərman qoyanlar qəza etməlidirlər. Orucu pozmayan şeylər isə bunlardır: unudaraq yemək-içmək, unudaraq cima orucu pozmaz. Eyni zamanda dişlər arasında sahurdan qalan yemək artıqlarını udmaq orucu pozmaz. Qan almaq, boğaza tüstü, toz və ya milçək qaçması, qulağına su girməsi, ağıza gələn bəlğəmi udmaq, istəmədən buruna tüstü girməsi və gözlərə sürmə yağı çəkmək orucu pozmayan hallardır. Bilərək orucu pozan biri yuxarıda dediyimiz kimi, 61 gün oruc tutacaq.
Oruc axşam əzanı oxunanda, iftarda açılır.
İftar etdiyin zaman Rəsulullah əfəndimiz bildirdiyi bu mübarək duanı oxumaq lazımdır:
"Allahım sənin üçün oruc tutdum, verdiyin ruzi ilə iftar etdim. Dualarımı qəbul et. Sən eşidən, bilənsən".
Oruc tutulması haram olan günlər Ramazan ayının 1-ci günü və Qurban bayramının 1, 2, 3, 4-cü günləridir. Bu günlər içində oruc tutulmaz. Rəcəb, Şaban, Ramazan ayları mübarək aylar olduğu üçün əhli-imanın çoxu bu günlərdə oruc tutar. Rəsulullah Əfəndimiz bazar ertəsi, cümə axşamı oruc tutulmasını savab qılmışdı.
30 GÜN ORUC VƏ 30 MƏSƏLƏ
1.Oruc islamın əsaslarından biridir və insanın ruhi paklığı üçün buyurulub.
2.4 cür oruc vardır: vacib, haram, məkruh və müstəhəbb.
3.Vacib oruclar bunlardır: a) Ramazan ayının orucu; b) Qəza orucu; v) Kəffarə orucu; q) Nəzir orucu; ğ) Atanın qəza orucu (bu oruc böyük oğula vacibdir).
4.Haram oruclar isə Fitr və Qurban bayramlarında tutulan oruclardır.
5.Məkruh oruc Aşura günü oruc tutmaqdır.
6.Müstəhəbb oruclar o deməkdir ki, ilin bütün günlərində - Fitr və Qurban bayramları, Aşura günü istisnadır - oruc tutmaq müstəhəbbdir. Xüsusi ilə cümə axşamı və cümə günləri, Məb"əs günü (Rəcəb ayının 27-si), Qədr günü (Zilhiccənin 18-i), Peyğəmbərin mövludu günü (Rəbiül-əvvəlin 17-si), Ərəfə günü (Zilhiccənin 9-u), Rəcəb və Şaban aylarının bütün günləri.
7.Qəza orucu boynunda olan şəxs müstəhəbb oruc tuta bilməz.
8.Niyyət. Oruc tutan şəxs hər gecə ertəsi günki orucun niyyətini etməlidir. Yaxşısı budur ki, 1 aylıq oruc bütövlükdə niyyət etsin.
9.Vacib orucun niyyəti sübh azanından əvvəl zöhr azanına qədərdir. Yəni üzürlü olaraq sübh azanına kimi niyyət etməsə, zöhr azanına qədər vaxtı var.
10.Müstəhəbb orucun niyyəti məğrib azanına qədərdir.
11.Orucu batil edən şeylər: yemək, içmək, qəliz tozu ağıza yox, boğaza çatdırmaq, başı bütövlükdə suya salmaq, qəsdən qusmaq, gündüz cima eyləmək, istimna. Oruc tutan şəxs gündüz yuxulasa və özündən asılı olmayaraq məni gəlsə, orucu batil olmaz. Kişi və qadının cənabət qüsulu və qadının heyz və nifas qüsulu olsa, sübh azanından əvvəl qüsulu yerinə yetirməlidir.
12.Əgər oruc tutan şəxs 1 şey yesə, yaxud dişinin arasında qalan yeməyi udsa, orucu batil olar. Amma ağzının suyunu udmağın eybi yoxdur.
13.Müalicə üçün vurulan tibbi iynələrə baxış 2 cürdür: qan iynəsi, bədəni qüvvətləndirən iynələr. Məsələn: tibbi qida kimi damara vurulan qlükoza iynələri kimi, sistem iynələri və s. - bunlar orucu batil edər. O iynələr ki, çirki, yaranı qurutmaq və ya ağrını kəsmək üçün vurulur (penisillin kimi) orucu batil etməz.
14.Əgər qadın orucluq günü heyz olsa və ya heyzdən təmizlənsə, o günün orucu batildir, gərək orucluqdan sonra qəza etsin.
15.Əgər cənabət qüsulu olan orucluq gecəsində bilsə ki, yuxulayıb sübh azanına kimi ayılmayacaq, gərək yatmasın. Yatıb ayılmasa orucu batildir.
16.Oruc tutana 1 neçə şey məkruhdur: iyli ot-ələfi iyləmək, gözə dərman tökmək (o surətdə ki, boğaza çata), diş çəkdirmək (yerindən qan gələrsə), oruc tutanı taqətsiz edən işlər, məsələn qan vermək.
17.Əgər 1 şəxs oruc tutmasa və ya batil etsə, cəriməsi o günün qəzasını yerinə yetirmək, eyni halda 60 gün oruc tutmaqdır. Bu şərtlə ki, 31 günün orucunu dalbadal tutmalıdır.
18.Orucunu haram şeylə batil edən oruc tutanın cəriməsi ağır olar, yəni həm 60 fəqirə yemək verməli, həm də 60 gün oruc tutmalıdır.
19.Əgər oruc tutan şəxs qəsədn qussa və ya cənabət qüsulunu yadından çıxarsa, yaxud dəqiqləşdirmədən obaşdan yeməyini sübh azanından sonra davam etdirsə, bu vaxt oruc batil olar, amma kəffarəsi yoxdur.
20.Əgər 1 şəxsin boynunda 1 neçə illik qəza olsa, hansısa niyyət etsə, eybi yoxdur. Amma müəyyən etməsə, əvvəlinci ilin qəzalarından hesab olunar.
21.Əgər üzürlü olaraq oruc tutan şəxs orucunu yemiş olsa, orucluqdan sonra da Ramazan ayına qədər üzürlü olmadan qəza etməyə bilər. Amma bu qəzalar boynunda olduğu üçün hər cümə günü 750 qram çörək sədəqə verməlidir.
22.Əgər 1 şəxsə kəffarə vacib olsa, neçə il keçsə də, başqa cəriməsi yoxdur.
23.Bəzən sual verirlər ki, namaz qılmayan şəxs oruc tutsa qəbul olar?
Cavab budur ki, namaz və oruc hər 2-si Allahın əmridirvə bəndələrə vacibdir. O kəs ki, namaz qılmır, öz yerində günah edir. Oruc onun borcudur və o, oruc tutsa, Allah qəbul edər, inşaallah!
24.Soruşurlar ki, heyz olan qadın nə üçün qılmadığı namazların qəzasını yerinə yetirməməli, amma orucların qəza etməlidir?
Cavab budur ki, namaz həmişə var, qadın da hər ay 1 neçə gün heyz olur. Amma oruc ildə bir aydır. O, 1 neçə gün qəza etməkdən çətinlik çəkməz.
25.Süd verən anaya, yaxud onun uşağına oruc tutmaq zərər eləsə həmin ana üçün oruc vacib deyil. Hər gün üçün fəqirə 750 qram çörək verməli və orucluqdan sonra yediyi günləri qəza etməlidir.
26.Oruc tutanın məğrib namazını iftardan əvvəl qılması müstəhəbdir. Taqətsiz olsa, ya da onu gözləsələr, müstəhəb deyil.
27.Müsafirin orucu. 4 rükətli namazlarını 2 rükətli qılan (yəni sürücü kimi həmişə səfərdə olmayan) müsafir oruc tuta bilməz. Gərək orucluqdan sonra qəza etsin. Müsafirin orucunun 4 şərti var: bunun 2-si səfərə getməyə, digər 2-si isə səfərdən qayıtmağa aiddir.
a)Əgər zöhr azanından sonra səfərə çıxsa, onun orucu səhihdir.
b)Əgər zöhr azanından əvvəl səfərə çıxsa, həddi - tərəxxüs o yerdir ki, şəhər və ya kəndin divarları görünməyə və azan səsi də çatmaya. Amma o məsafədən kənar oruc batildir.
v)Səfərdən qayıdandan günorta azanından əvvəl öz vətəninə yetişsə (və ya o yerə ki, orada 10 gün qalacaq), orucu batil edən şeylərdən etməyibsə, həddi - tərəxxüs məsafəsində o günün orucuna niyyət edə bilər və orucu da düzdür.
q)Amma zöhr azanından sonra qayıtsa, orucu batildir.
28.Ayın əvvəli, yəni 1-ci günü 1 neçə yolla sübut olunar. Bunlardan biri müctəhidin hökmü ilədir ki, bu vaxt onun hökmünə tabe olmaq ona təqlid etməyən müsəlmanlara da vacibdir.
29.Hər müsəlmana vacibdir ki, orucluq ayının sonunda özü və ailə üzvlərinin hər biri üçün 3 kq taxıl, ya xurma, ya düyü, ya da bunların birinin pulunu fəqirə versin. Bu da rəhmət ayının dərk etdiyi üçün Allaha şükr etmək məqsədilədir.
30.Qohumların və qonşuların fəqirlərini nəzərə almaq müstəhəbdir.
ƏL-QƏDR SURƏSİ
1.İnna ənzəlnahu fi ləylətil qədr.
2.Vəma ədrakə ma ləylətul qədr.
3.Ləylətul-qədri xəyrun min əlfi şəhr.
4.Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr.
5.Səlamun hiyə hətta mətləil fəcr.
ƏL-QƏDR SURƏSİNİN ŞƏRHİ 1.Biz Qur"anı qədr gecəsində Peyğəmbərimizə nazil etdik.
2.Qədr gecəsinin nə olduğunu bildirdik.
3.Qədr gecəsi min aydan yaxşıdır.
4.O gecədə mələklər və ruh işləri yerinə yetirməyə nazil olarlar.
5.O gecə fəcrin açılmasına qədər səlamətlikdir.
ORUCLUQ DUASI
Seyyid ibn Tavus İmam Sadiq (ə) və imam Baqir (ə)-dan belə rəvayət edir:
Ramazan ayının əvvəlindən sonuna kimi vacib namazlardan sonra bu duanı oxuyun.
Bismillahir rəhmanir rəhim
Ya əliyyu ya əzim. Ya ğəfuru ya rəhim. Əntər -rəbbul əzim.Əlləzi ləysə kəmislihi şəy''. Və huvəs-səmiul bəsir.Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş -şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi ənzəltə fiyhil Qur''an. Hudən lin-nasi və bəyyinatin minəl huda vəl furqan. Və cəəltə fiyhi ləylətəl qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəya zəl mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.
Şeyx Kəf''əmi "Misbah" və "Bələdül-əmin" kitablarında Peyğəmbər (s) - dən rəvayət edir ki, hər kim aşağıdakı duanı Ramazan ayında vacib namazlardan sonra oxusa, Allah-taala Qiyamət gününə qədər onun günahlarını bağışlayar.
Bismillahir rəhmanir rəhim
Əllahummə ədxil əla əhlil quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi'' kullə cai''. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril muslimin. Əllahumməşfi kullə məriz. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəddəyn. Və əğnina minəl fəqr. İnnəkə əla kulli şəy''in qədir.
RAMAZAN AYININ GECƏLƏRININ ƏMƏLLƏRI
1.Müstəhəbdir ki, şam namazını qıldıqdan sonra iftar edilsin.
2.Pak və halal təam ilə iftar edilsin. Əgər halal xurma ilə iftar edilsə, namazının savabı 100 qat artar.
3.Iftar edərkən bu duanı oxumaq müstəhəbdir:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu"
Hər kim iftar vaxtı bu duanı oxusa, AllAh bütün oruc tutanların savabını ona yazar.
4.1-cı tikəni ağzına qoyarkən desin:
"Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfir li".
5.Hər gecə "Qədr"surəsini 1000 dəfə oxumaq müstəhəbdir.
6. Hər gecə 100 dəfə "Duxan" surəsini oxumaq müstəhəbdir.
7.Seyyid ibn Tavus belə rəvayət edir: hər kim bu duanı Ramazan ayının hər gecəsində oxusa, Allah onun 40 illik günahlarını bağışlayar.
"Allahummə Rəbbə şəhri Rəməzan, əlləzi ənzəltə fihil Qur''an, vəftərəztə əla ibadikə fiyhis siyam. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vərzuqni həccə bəytikəl həram, fi ami haza və fi kulli am, vəğfir li tilkəzzunubəl izam, fə innəhu la yəğfiruha ğəyruk. Ya rəhmanu ya əllam".
RAMAZAN AYININ GÜNDƏLİK DUALARI
1.Əllahumməc''əl siyami fihi siyaməs salimin və qiyami fihi fiyaməl qaimin.Və nəbbihni fihi ən nəvmətil ğafilin və həbli curmi ya ilahəl-aləmin. Və''fu ənni ya afiyənil mucrimin.
2.Əllahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səxətikə və nəimətikə və vəffiqni fihi liqiraəti ayatikə birhmətikə ya ərhəmər rahimin.
3.Əllahummərzuqni fihiz-zihnə vəttənbihə. Və bəidni fihi minnəs səfəi vəttəmvihi. Vəc''əl li nəsibən min kulli xeyrin tunzilu fihi bicudikə ya əcvədəl əcvadin.
4.Əllahummə qəvvini fihi əla iqaməti əmrikə və əziqni fihi cələvətə zikrikə bikərəmikə. Vəhfəzni fihi bihifzikə və sitrikə ya əbsərən-nazirin.
5.Əllahumməc''əlni fihi minəl mustəğfirinə. Vəc''əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc''əlni fihi min əvliyaikəl muqərrəbin. Birəhmətikə ya ərhəmər rahimin.
6.Əllahummə la təxzulni fihi litərruzi mə''siyətikə vəla təzribni bisiyəti nəimətikə və zəhricni fihi min mucibati səxətikə və zəhricni fihi min mucibati səxətikə bimənnikə əydikə ya muntəha rəğbətər-rağibin.
7.Əllahummə ə''inni fihi əla siyamihi və qiyamihi və cənnibni fihi min həfəvatihi və əsamihi vərzuqni fihi zikrikə bidəvamihi bitəvfiqikə ya hadiyəl muzillin.
8.Əllahummərzuqni fihi rəhmətəl i''tam. Və it''amət-təam. Və ifşaəssəlam və suhbətəl-kiram bitəvlikə ya məlcəəl amilin.
9.Əllahumməc''əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi libərahinikəs-sətiəti və xuz binasiyəti ila mərzatikəl cəmiəti biməhəbbətikə ya əmələl muştaqin.
10.Əllahumməc''əlni fihi minəl mutəvəkkilin ələykə vəc''əlni fihi minəl faizinə lədəykə vəc''əlni fihi minəl muqərrəbinə iləykə biihsanikə ya ğayətət-talibin.
11.Əllahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil fusuqə vəl''isyan və hərrim ələyyə fihis-səxətə vən-niran biəvnikə ya ğiyasəl mutəğisin.
12.Əllahummə zəyyin fihi bis-sitri vəl''əfəf vəsturni fihi bilibasil-səbri vəlqunu''i vəlkifaf. Vəhmilni fihi ələl ədli vəl insaf və əminni fihi min kulli ma əxafu biismətikə ya ismətəl xaifin.
13.Əllahummə təhhirni fihi minəd-dənəsi vəl''əzər. Və səbbirni fihi ələ kə''inətil əqdar və vəffiqni fihi littuqa və sühbətil əbrar biaunikə yə qüvvətə əynil məsəkin.
14.Əllahummə lə tu''əxizni fihi bil''əsərati, vəqilni fihi minəl xətaya val həfavat. Və lə təc''əlni fihi ğərəzən lil bələyə vəl''əfət bi''izzətikə yə izzəl muslimin.
15.Əllahummərzuqni fihi ta''ətəl xaşi''in vəşrəh fihi sədri bi inabətil muxbiti bi əmənikə ya əmənəl xəifin.
16.Əllahummə vəffiqni fihi limuva-fəqətil əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ilə dəril qərar bi iləhiyyətikə yə iləhəl aləmin.
17.Əllahumməhdini fihi lisalihil ə''mal vəqzi la fihil həvaicə vəl''mal yə mən lə yəhtəcu ilət təfsir vəssuəl yə alimən bimə fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin.
18.Əllahummə nəbbihni fihi bərəkəti əsharih və nəvvir fihi qəlbi biziyəi ənvarihvə xuz bikulli ə''zai ilət-təbə''i əsərih binurikə ya munəvvira qulubil''arifin.
19.Əllahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ilə xeyratihi və lətəhrimni qabulə hasənətihi yə hədiyən iləl həqqil mubin.
20.Əllahumməməftəhli fihi əbvabəl cinən və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litiləvətil Qur''an ya munziləs-səkinəti fi qulubil mu''minin.
21.Əllahumməc''əlli fihi ilə mərzatikə dəlilən və lə təc''əliişşəytani fihi əleyyə səbilən vəc''əlil cənnətə li mənzilən və məqilən. Yə qaziyə həvaic-əttalibin.
22.Əllahumməftəh li fihi əbvabə fəzlikə vanzil ələyyə fihi bərəkətikə və vəffiqni fihi limucibəti mərzatikə vaskinni fihi bəhbuhətə cənnətikə yə mucibə də''vatəl muztərin.
23.Əllahumməğsilni fihi minəzzunubi və təhhirni fihi minəl''uyubi vamtəhin qəlbi fihi bitəqvə əl qulubi yə muqilə əsəratil muznibin.
24.Əllahummə inni əs''əlukə məyurzikə va''əuzu bikə mimmə yu''zikə və əs''əlukət-taufiqa fihi li ən uti''əkə və lə ə''siyəkə yə cəvadəssə''ilin.
25.Əllahumməc''əlni fihi muhibbən mauliyəkə''ikə və mu''adiyən liə''dəikə mustənnən bisunnəti xətəmi ənbiyaikə yə''asimə qulubin-nəbiyyin.
26.Əllahumməc''əl sə''yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və ''əybi fihi məsturən yə əsmə əs-səmi''in.
27.Əllahummərzuqni fihi fəzlə ləylətəl qədri və səyyir fihi umuri minəl-usri iləl-yusr. Vəqbəl mə''aziri və huttə ənniz zənbə vəl virə yə rəufən biibadihis-salihin.
28.Əllahummə vaffirin həzzi fihi minən-nəvafil vakrimni fihi biihzaril məsəili vəqərrib fihi vəsiləti iləykə min bəynil vasəil yə mən lə yəşğə ləhu mulihhin.
29.Əllahummə ğəşşini fihi birrəhməti vərzuqni fihittəufiqa vəl''ismətə və təhhir qəlbi min ğəyahibit-tuhməti yə rəhimən biibadihil mu''minin.
30.Əllahumməc''əl siyəmi fihi bişşukri val-qəbul əla mə tərzahü və yərzahir-rəsulu muhkəmətən furuəhu bil''u-suli bihəqqi seyyidinə Muhəmmədin və alihit-tahirin vəlhəmdülillahi rəbbil-aləmin.
RAMAZAN (ORUCLUQ) AYI GECƏLƏRİNİN
MÜSTƏHƏBB NAMAZLARI 1.Bu namazların neçə rükətliyindən asılı olmayaraq, onlar rükət-rükət qılınır. Hər 2 rükətdən sonra namaza salam verilir və o biri 2 rükət başlanır, yəni hər 2 rükətin 1 salamı var.
2.Rükətləri, surə və zikrlərin miqdarı namaz qılan üçün çətin olsa, nə qədər mümkün edə bilsə, o qədər əmələ gətirə bilər. 3.Bu namazlar müstəhəbb olduğundan, başqa surələri əzbərdən bilməyənlər üzündən oxuya bilər və ya əvəzinə "İxlas" surəsini deyə bilərlər.
BİRİNCİ GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 15 dəfə "İxlas" surəsini oxumaq lazımdır.
İKİNCİ GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Inna ənzəlna" (Qədr surəsini) oxumaq lazımdır.
ÜçÜNCÜ GECƏNİN NAMAZI
10 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 50 dəfə "Ixlas" (Qul huvəllah surəsi) surəsini oxumaq lazımdır.
DÖRDÜNCÜ GECƏNİN NAMAZI
8 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Inna ənzəlna" oxumaq lazımdır.
BEŞİNCİ GECƏNİN NAMAZI
2 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 50 dəfə "Ixlas" surəsini oxumaq və müstəhəbdir ki, salamdan sonra 100 dəfə "Salavat" demək.
ALTINCI GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra "Təbarəkəlləzi" surəsini 1 dəfə oxumaq lazımdır.
YEDDİNCİ GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 13 dəfə "Inna ənzəlna" surəsini oxumaq lazımdır.
SƏKKİZİNCİ GECƏNİN NAMAZI
2 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 10 dəfə "Ixlas" surəsini oxumaq, salamdan sonra 1000 dəfə "Subhanəllah" demək lazımdır.
DOQQUZUNCU GECƏNİN NAMAZI
6 rükətdir. Şam ilə Xiftən namazları arasında qılınır. Hər rükətdə "Həmd"dən sonra 7 dəfə "Ayətəl-kürsi" oxumaq, sonuncu salamdan sonra 50 dəfə "Salavat" demək lazımdır.
ONUNCU GECƏNİN NAMAZI
20 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 30 dəfə "Ixlas" surəsini oxumaq lazımdır.
ON BİRİNCİ GECƏNİN NAMAZI
2 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Kövsər" surəsini oxumaq lazımdır.
ON İKİNCİ GECƏNİN NAMAZI
2 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 30 dəfə "Inna ənzəlna" surəsini oxumaq lazımdır.
ON ÜçÜNCÜ GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 25 dəfə "Ixlas" surəsini oxumaq lazımdır.
ON DÖRDÜNCÜ GECƏNİN NAMAZI
6 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 30 dəfə "İza zulzilətil" surəsini oxumaq lazımdır.
ON BEŞİNCİ GECƏNİN NAMAZI
4 rükətdir. 1-ci rükətdə "Həmd"dən sonra 100 dəfə "Ixlas" surəsini, 2-ci rükətdə "Həmd"dən sonra 50 dəfə "Ixlas" surəsini oxumaq lazımdır.
ON ALTINCI GECƏNİN NAMAZI
12 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 12 dəfə "Əlhakumut-təkasur" surəsini oxumaq lazımdır.
ON YEDDİNCİ GECƏNİN NAMAZI
2 rükətdir. 1-ci rükətdə "Həmd"dən sonra 25 dəfə "Ixlas" surəsini bir dəfə, 2-ci rükətdə isə 100 dəfə oxumaq lazımdır. Salamdan sonra "La ilahə illəllah" zikrini 100 dəfə demək lazımdır.
ON SƏKKİZİNCİ GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 25 dəfə "Kövsər" surəsini oxumaq lazımdır.
ON DOQQUZUNCU GECƏNİN NAMAZI
50 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 12 dəfə "İza zulzilətil" surəsini 1 dəfə oxumaq lazımdır.
İYİRMİNCİ, İYİRMİ BİRİNCİ, İYİRMİ İKİNCİ, İYİRMİ ÜçÜNCÜ, İYİRMİ DÖRDÜNCÜ GECƏLƏRİN NAMAZI
8 rükətdir. Hər rükətdə "Həmd"dən sonra istənilən surəni oxumaq olar.
İYİRMİ BEŞİNCİ GECƏNİN NAMAZI
8 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 10 dəfə "Ixlas" surəsini oxumaq lazımdır.
İYİRMİ ALTINCI GECƏNİN NAMAZI
8 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 10 dəfə "Ixlas" surəsini oxumaq lazımdır.
İYİRMİ YEDDİNCİ GECƏNİN NAMAZI
4 rükətdir. Hər rükətdə "Həmd"dən sonra "Təbarəkəlləzi" surəsini 1 dəfə oxumaq lazımdır.
İYİRMİ SƏKKİZİNCİ GECƏNİN NAMAZI
6 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 100 dəfə "Ayətəl-kürsi", 100 dəfə "Ixlas", 100 dəfə "Kövsər" surələrini oxumaq lazımdır. Namaz qurtarandan sonra 100 dəfə "Salavat" demək lazımdır.
Mərhum Qumi deyir: rəvayətlərdən aydın olur ki, bu 3 surənin hərəsini 10 dəfə oxusa kifayət edər.
İYİRMİ DOQQUZUNCU GECƏNİN NAMAZI
2 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Ixlas" surəsini oxumaq lazımdır.
OTUZUNCU GECƏNİN NAMAZI
12 rükətdir. Hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Ixlas" surəsini deməli, namaz qurtarandan sonra 100 dəfə "Salavat" zikr etmək lazımdır.
QƏDR (ƏHYA) GECƏLƏRİNİN ƏMƏLLƏRİ
1.Qüsul almaq: Əllamə Məclisi buyurur ki, bu gecələrin qüsulları qürub vaxtı alınsa və onunla şam namazı qılınsa, daha yaxşıdır.
2.2 rəkət namaz qılmaq. Bu namazın özünəməxsus qaydası var. Hər rəkətdə "Həmd" surəsindən sonra 7 dəfə "Ixlas" surəsini oxumaq, namazdan sonra isə 70 dəfə "əstəğfirullahə rəbbi və ətubu iləyh" demək.
Peyğəmbərdən (s)-dən rəvayət olunur ki, bu əməli edən şəxs öz yerindən qalxmamış, Allah-taala onun və ata-anasının günahlarını bağışlayar.
3.Qur''anı açıq halda öz qarşısında tutaraq belə desin:
"Əllahummə inni əs''əlukə bi kitabikəl munzəl və ma fihi və fihismukəl əkbər və əsmaukəl husna və ma yuxafu və yurca ən təc''ələni min utaqaikə minən nar" (Bu zaman Allahın dərgahından öz hacətlərini diləsin).
4.Sonra desin:
"Əllahummə bi həqqi hazəl Qur''an və bi həqqi mən ərsəltəhu bih və bi həqqi kulli mu''minin mədəhtəhu fihi və bi həqqikə ələyhi fəla əhədə ə''rəfu bi həqqikə minkə".
Sonra 10 dəfə "Bikə ya Əllah", 10 dəfə "Bi Muhəmmədin", 10 dəfə "Bi Əliyyin", 10 dəfə "Bi Fatimətə", 10 dəfə "Bil Həsəni", 10 dəfə "Bil Husəyni", 10 dəfə "Bil Əliyyibnil Husəyni", 10 dəfə "Bil Muhəmmədibni Əliyy", 10 dəfə "Bi Cə''fəribni Muhəmmədin, 10 dəfə "Bi Musəbni Cə''fərin", 10 dəfə "Bi Əliyyibni Musa", 10 dəfə "Bi Muhəmmədibni Əliyy", 10 dəfə "Bi Əliyyibni Muhəmməd", "Bil Həsənibni Əliyyin" və 10 dəfə "Bil Huccəti" desin. Bütün bunları oxuduqdan sonra öz hacətlərini Allahın dərgahından istəsin. 5.Bu gecələrdə "Cevşən Kəbir", "Kumeyl", "Əbu Həmzə Sumali" və s. tövsiyə olunmuş duaları oxumaq yaxşıdır. 6.Bu gecələrin hər birinə aid xüsusi namazlarını da qılmaq lazımdır. 7.Bu gecələrdə səhərə qədər oyaq qalmaq tə'kid olunmuş müstəhəbbidir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев