Предыдущая публикация
Müəllif: Roma Xosrov
Sən hələ, yaza bilmədiyim şeir,
Qələm toxunmayan ağ bir kağızsan.
Soyadın dəyişib nəyimə gərək,
Yaddaşimda yenə həmənki qızsan.
Kölgən düşdü pəncərəmə əzizim,
Dul qalan baxışlar görüb sevindi.
Hər axşam köç edir ruhum yanına,
Ürəyim yastığın, yuxum evindi.
Arzum qısır qalıb, ümidim yetim,
Bir həsrət dumanı tutub gözümü.
Sənin gözlərində böyümək üçün,
Bəlkə, kirpiyindən asım özümü?!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев