stereotip
◆Yanlışlıq: Çimmək, duş qəbul
etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı
bütünlüklə suyun altına salmaq
(suya baş vurmaq) olmaz.
◆Yanlışlıq: Ağız suyunu
(tüpürcəyi) udmaq
olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız
suyunu
udmasında heç bir məhdudiyyət
yoxdur.
◆Yanlışlıq: Ağzı yaxalamaq və
dişləri
təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət
etmək lazımdır ki, su boğazdan
aşağı getməsin.
◆Yanlışlıq: Orucluq vaxtı toy-
bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy
etməklə bağlı heç bir
məhdudiyyət yoxdur.
Məhdudiyyət, hər zaman olduğu
kimi, haram məclislərə və bunlara
xas atributlaradır.
◆Yanlışlıq: Namaz qılmayan oruc
tuta bilməz.
Həqiqət: Bunlar 2 müxtəlif vacib
əməllərdir.
Lakin, onlardan birinin yerinə
yetirilməsi
digərinin yerinə yetirilməsindən
asılı deyil və bununla şərtlənmir.
◆Yanlışlıq: Səhvən nəsə yeyəndə
və ya içəndə oruc pozulur və onu
artıq davam etmək gərək deyil.
Həqiqət: Səhvən nəyisə yemək və
içmək
orucu pozmur. Amma, oruc
tutduğunuzu
xatırladığınız anda dərhal qida və
maye
qəbulunu dayandırmaq və qida
qalığını ağız
boşluğundan xaric etmək
gərəkdir.
◆Yanlışlıq: Oruc tutan iynə və
peyvənd vura
bilməz.
Həqiqət: Bilər. Məhdudiyyət yalnız
qidanı əvəz edən iynələrə,
məsələn, qlükozaya aiddir.
(deyerle r.org )
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев