Предыдущая публикация
Açan qızıl güldü, qayıt birdə bax.
Qaməti nə şuxdur, bəstədir boyu
Necə incə beldir, qayıt bir də bax.
Doymaq olmur onun gülər üzündən,
Süzgün baxışlardan, qumral gözündən,
Dodaqdan süzülən şəkər sözündən
Gör nə şirin dildi, qayıt bir də bax.
Gözəllik tacını başına qoydu,
Billur bədəninə zər xara geydi,
Mənə naz eyləyib, özünü öydü
Gözlərindən güldü, qayıt bir də bax.
Göylərdən gəlibdir bu nazlı sona,
Gördü çox sevirəm, vurğunam ona,
İşvəni, qəmzəni atıb bir yana
Mənə sarı gəldi, qayıt bir də bax.
Göylərdən gəlibdir, huridir demək,
Özüylə gətirib min arzu dilək,
Məni dara çəkən kimdir bu mələk
Oruc, Sarıteldir, qayıt bir də bax.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев