Предыдущая публикация
Var çətin günlərin yaşa ürəyim.
Vurulubsan qəlbi daşa ürəyim.
O qəlbi daş kimi, kaş daş olaydın.
Belə sınmayaydın haşa ürəyim.
Aldandın xoş sözə, saxta gülüşə.
Yalançı gözlərə, qaşa ürəyim.
Çırpındın sinəmdə doldu gözlərim.
Kipriklər qərq oldu yaşa ürəyim.
İkimizdə eyni açılar çəkdik.
Naləmiz ucaldı qoşa ürəyim.
Nə sən mənə dedin sızlatma məni.
Nə mən dedim yanma boşa ürəyim.
Kaş İbo yenidən gələ dünyaya.
Sevgidən sevinci daşa ürəyim.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев