Buna səbəb isə Ali futbol qurumunun
transfer cəzasıdır.
Türkiyə millisinin və “Atletiko Madrid”in
futbolçusu Arda Turanın “Barselona”ya
transfer olunması ilə bağlı məlumat yayılıb.
ANS PRESS-in məlumatına görə, İspaniyanın
nüfüzlu "Marca" qəzeti məlumat verib.
FİFA-nın transfer cəzası səbəbi ilə Ardanı
yanvar ayına kimi rəsmi oyunlarda oynada
bilməyən “Barselona” futbolçunu bir
müddətə “Qalatasaray”a icarəyə verəcək.
İddiaya görə, Arda 5 illik müqaviləyə imza
atacaq. "Barselona"nın transfer yasağı
aradan qalxarsa, Arda artıq yanvar ayından
etibarən bu klubun şərəfini qorumağa
başlaya bilər.
Professional kariyerasına 2005-ci ildə
“Qalatasaray” klubunda başlayan Arda Turan
6 il ərzində “sarı-qırmızılı” forma ilə 127
matçda 29 qola imza atıb. 2011-ci ildə
İspaniyanın “Atletiko” klubuna transfer
olunan türkiyəli yarımmüdafiəçi,
madridlilərin heyətində 127 oyunda 13 dəfə
rəqibləri məyus edib. Arda 2006-cı ildən
Türkiyə milli komandasının formasını
geyinir. Ay-ulduzlu forma ilə isə 82 matçda
aktivinə 14 qol yaza bilib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев