buraxılacaq?
Nazirlər Kabinetinin Yol Hərəkətinin
Təhlükəsizliyi Komissiyasının sədri Abid
Şərifov məsələyə aydınlıq gətirdi.
"Rayonlardan gələn bütün növ avtomobillər
Bakıya saat 24:00-dan səhər saat 7:00-a
qədər buraxılacaq".
ANS PRESS-in məlumatına görə, bu barədə
APA-ya açıqlamasında Nazirlər Kabinetinin
Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının
sədri Abid Şərifov deyib. O, rayonlardan
Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil
olması ilə bağlı isə heç bir məhdudiyyətin
olmadığını və olmayacağını söyləyib.
Bakı 2015 I Avropa Oyunlarında iştirak edən
idmançıların, eləcə də tədbirə gəlmiş xarici
qonaqların hələ də paytaxtda olmaları ilə
əlaqədar Bakı Avropa Oyunları Əməliyyat
Komitəsinin müraciətinə əsasən, Oyunlar
ərəfəsində yol hərəkətinə tətbiq edilmiş
müəyyən məhdudiyyətlərin vaxtı 10 gün
müddətinə uzadılıb.
Oyunlar zamanı paytaxtda nəqliyyatın
hərəkətinin təşkilindən, eləcə də nəqliyyat
sıxlığının aradan qaldırılması nəticəsində
yollardakı rahat və fasiləsiz hərəkətdən,
habelə bunların şəhərin ekoloji durumuna
da müsbət təsirindən məmnun qalan şəhər
sakinlərinin çoxsaylı müraciəti əsasında
Nazirlər Kabinetinin Yol Hərəkətinin
Təhlükəsizliyi Komissiyası tərəfindən
paytaxtda nəqliyyat problemlərinin həlli üzrə
müvafiq Tədbirlər Planının hazırlanması
üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar
keçirilir, müzakirələr aparılır.
A. Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər
Planı qəbul ediləcək və bu sahədə digər
məsələlər də tənzimlənəcək.
I Avropa Oyunları ilə əlaqədar rayon
qeydiyyatında olan avtomobillər Bakıya
buraxılmır. Yeni qərara görə, rayon maşınları
üçün paytaxtın iki girişində xüsusi
dayanacaqlar yaradılıb.
Dayanacaqlardan biri Bakı-Sumqayıt yolunda
Ər-Riyad ticarət mərkəzinin həyətində
yerləşir. Sürücülər avtomobillərini burada
asanlıqla park edə biləcəklər. Dayanacaqda
saxlanılan avtomobillərə isə yol polisi
əməkdaşları və xüsusi mühafizə xidmətinin
işçiləri nəzarət edir.
Şamaxı istiqamətindən gələn avtomobillər
üçün isə Müşfiqabad postunun yaxınlığında
xüsusi dayanacaq yaradılıb.
Kürdəmir-Bakı və Astara-Bakı
istiqamətlərindən gələn sürücülər üçün Ələt
yolunun 14-cü kilometrliyində xüsusi sahə
ayrılıb. Burada da sürücülər və sərnişinlər
avtomobillərini park etdikdən sonra yollarına
taksi və ictimai nəqliyyat vasitələri ilə davam
edirlər.
Yay mövsümündə rayonlardan Bakıya
meyvə-tərəvəz və qida məhsulları daşıyan
yük maşınlarına isə şəxsi avtomobillərdən
fərqli olaraq, paytaxta giriş icazəsi verilir.
Lakin belə avtomobillər yalnız gecə
saatlarında paytaxtda hərəkət edə bilirlər.
Qərara əsasən, gecə saat 22:00-dan səhər
saat 5:00-a qədər qida, dərman və təcili
gətirilməsi lazım olan məhsulları daşıyan yük
maşınları Bakıda yerləşən müxtəlif bazar və
dükanlarda mallarını təhvil verib geri
qayıtmalıdırlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев