@@@@@@@@@
Kompleks bədən sistemlərinə sahib olan Akulalar
Ağ akulalar ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında üzən bu canlılar ovlarını rahatlıqla görürlər. Ancaq soyuq okeanlarda akulaların soyuqdan görmə qabiliyyətlərinin zəifləyəcəyi düşünülür.
Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ancaq akulanın heç vaxt belə problemi olmur. Çünki ağ akulaların gözləri özləri kimi soyuqqanlı deyil. Akulanın bu növündə bədən əzələlərinin istiliyi birbaşa gözlərə ötürülür. Bunun sayəsində, onlar sürətlə hərəkət edən balıqları rahatlıqla tuta bilirlər.
Elektrik cərəyanlarına həssas akulalar
Bütün canlılar istilikdən başqa elektrik də yayırlar. Quruda yaşayan canlılar bu cərəyanları hiss edə bilmir, çünki hava elektriki keçirmir. Ancaq suyun içində vəziyyət fərqlidir. Elektrik təbii keçirici olan suyun içinə axır. Bu səbəbdən, bu elektriki hiss edən bir canlı çox həssas duyğuya sahib olur. Akulalar da bu üstünlüyə sahib olan canlılardandır. Belə ki, sudakı bütün titrəyişləri, suyun temperaturundakı dəyişikliyi, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilirlər.
Akulaların bədənlərində içi jeleyə bənzər maddə ilə dolu çoxlu oyuq mövcuddur. Bu oyuqların əksəriyyəti akulanın başında yerləşir. Lorensini lampaları adlanan bu orqanlar mükəmməl elektrik qəbulediciləridir. Akulalar bu qəbuledicilərdən istifadə edərək ovlarını tapırlar. Bu orqanlar heyvanın başının uc hissəsinə və başın üstündə olan məsamələrə bağlı olub, çox həssas quruluşa malikdir. Belə ki, akulalar bir voltun 20 milyardda biri gücündəki cərəyanları belə hiss edirlər. Bu böyük bir gücdür.
Bunu bir nümunə ilə izah edək: evinizdəki batareyaları düşünün. 1.5 voltluq batareyaların ikisini bir-birindən 3000 kilometr uzağa qoysanız, akulalar bu batareyaların yaydığı cərəyanı hiss edəcəklər
Bu məlumatlar akulaların fövqəladə kompleks bədən sistemlərinə sahib olduqlarını göstərir. Akulalardakı sistem və orqanların bir çoxu bir-biri ilə əlaqəlidir. Biri olmadan digəri funksiyalarını yerinə yetirə bilməz. Məsələn, elektrik cərəyanlarını qəbul edən sistemin hissələrindən biri belə olmasa, ya da hər hansı biri funksiyasını yerinə yetirməsə, Lorensini lampaları heç bir işə yaramaz.
》》》》》》》》》《》《《》》》》》》》》
Atların ayaq üstə yatma xüsusiyyəti
Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.
Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır.
Bəs atların bədənləri nə üçün çox ağır yükləri daşımaq və sürətlə qaçmaq üçün dizayn edilmişdir? Ağır yük daşımaq və sürətlə qaçmaq ata fayda verən xüsusiyyətlər deyil. Elə isə bəs nə üçün atlar bu xüsusiyyətlərə malikdirlər? Cavab çox sadədir: atlara bu qabiliyyətlər özləri üçün deyil, insanlara faydalı olmaları üçün verilmişdir. Yəni atları Allah bu xüsusiyyətləri ilə insanlara xidmət etmək üçün yaratmışdır.
》》》》》》》》》》》》》》》》》》》》》
Bayquşlar başlarını necə 270 dərəcə çevirir
ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.
Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.
Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.
F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir.
Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.
Bu, təkcə bayquşa deyil, digər quşlara da xasdır. Lakin bayquşu digər quşlarından fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluq olmasıdır.
Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun sadəcə damarın keçəcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.
Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində maneə yaranarsa, əlavə damarlar işə düşür.
Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı da müəyyən edilib.
Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: “Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik”, – deyib.
Bu elmi tədqiqat “Science” jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi “2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri” sərgisində mükafata layiq görülüb
》》》》》》》》》《《《《》》》》》》》》
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев