Bakıda ağır qəza: 2 ölü, 2 yaralı.
APA-ya istinadən bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış ”VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil verib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев