Dərdim çox olub, sən demə dərman Əlidəymiş
Mən can arayırdım özümə can Əlidəymiş
Vicdanı tapan yoxdu bu dünyadə İlahi,
Dünya dedi: adəmlərə vicdan Əlidəymiş
Dünyadə gəzib cənnəti axtardılar əlbət,
Cahil yığını bilmədi ünvan Əlidəymiş
Dünyanı qoyubdur xəraba
gör neçə bi'dət
Dərk etdilər axırda ki səhman Əlidəymiş
Möminlərə həq müjdəsi vermiş gecə-gündüz,
Kafərləri xar eyliyən iman Əlidəymiş
Dərgahi-Xudadır Əlinin qəlbi əzəldən,
Haqdan yetişən min belə fərman Əlidəymiş
Biz qətrələrin aşiqi olduq niyə Allah?
Hər qətrəsi ümman olan,ümman Əlidəymiş
Hər kəs alışıb nəfsinə yanmaqdadı hər gün
Təqvalı ömür müddəti,dövran Əlidəymiş
Tövrat və Zəbur,İncili kim bildi mükəmməl?!
Zənn etmə ki bir tək hələ, Qur'an Əlidəymiş
Müəllif: Ümid Sadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев