Oxu.Az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli tədbir iştirakçıları! Sizi, habelə qədim Dərbənd şəhərinin sakinlərini əlamətdar tarix – şəhərin əsasının qoyulmasının 2000 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dərbənd şəhərinin - Böyük İpək Yolu üzərində yerləşən, həmişə sivilizasiyalararası dialoq məkanı olmuş, müxtəlif xalqların və etnik qrupların nümayəndələrinin daim səmimi bir ailə kimi yaşadığı bu iri yaşayış məntəqəsinin adına ən nüfuzlu tarixi mənbələrdə rast gəlirik.
Ən qədim dövrlərdən Qafqazın Dəmir Qapısı kimi məşhur olan Dərbənd orada yaşayan çoxsaylı millətlərin və xalqların nümayəndələrinin sevgisini qazanıb. Bu şəhəri haqlı olaraq özlərinin vətəni sayan sakinlər ona xas olan çoxəsrlik multikultural ənənələri və tolerantlığı qoruyub saxlayırlar. Bizim tarixi yaddaşımızda alınmaz qala kimi iz qoymuş Dərbənd əsrlər boyu bu şəhərə gələnlərin hamısını öz möhtəşəmliyi ilə heyran edirdi. O, özünün bənzərsiz memarlıq nümunələri, mənəvi və mədəni sərvətləri ilə bu gün də bizi heyran qoyur, Dağıstanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqda davam edir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası, Rusiya Federasiyasının Dağıstan Respublikası çox sıx iqtisadi, siyasi və mədəni əlaqə saxlayırlar. Bizim dostluğumuz çoxəsrlik tarixə malikdir. Hər iki ölkənin siyasi rəhbərliyi və vətəndaş cəmiyyəti təşkilatları həm Azərbaycanda, həm də Dağıstanda yaşayan, soy-kökləri eyni olan, eyni dinə etiqad bəsləyən, ortaq etnomədəni dəyərlərə, adət və ənənələrə malik olan xalqların qardaşcasına qarşılıqlı münasibətlərini daha da gücləndirməyə çalışırlar.
Əziz dərbəndlilər, əziz dağıstanlılar!
Dərindən əmin olduğumu bildirirəm ki, Azərbaycan ilə Rusiya və Dağıstan Respublikası arasında münasibətlər bundan sonra da əcdadlarımızın bizə vəsiyyət etdikləri dostluq və qardaşlıq ruhunda inkişaf edəcək.
Sizin hamınızı Dərbənd şəhərinin 2000 illiyi münasibətilə bir daha təbrik edirəm. Sizə sülh və firavanlıq, Dərbənd şəhərinin isə daha da çiçəklənməsini arzu edirəm”.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər:
...Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, mərasim zamanı səfir E.
...Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев