Предыдущая публикация
Salam, səssiz ürəklər,
Salam, yalnız adamları,
Ömrün tən ortasında,
Salam unudulanlar.
Bomboz pəncərələrdə
Salam, tozlu pərdələr.
Bilmirsiz, bu şəhərdə
Harda olur dərdlilər?
Salam, şirin yalanlar,
Salam, saxta gülüşlər.
İndi kimdi şikarlar
Mənsiz necədi işlər?
Salam, kirli binalar,
Salam, tozlu kücələr.
Xatirələr içində
Çabalayan gecələr.
Salam, mənəm yad adam,
Salam, kinli şəhərim.
Hanı mənim sən verən
Iztirabım, kədərim?
Salam, sevib bir dəfə,
peşman olduğum şəhər!
Bəxtlə, dostla, ömürlə
Düşman olduğum şəhər!
Salam, mənim ömrümə
Balta çalan adamlar.
Ölmədiyim hər günə
Halva çalan adamlar!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев