Предыдущая публикация
Mən qəmli,ətrafsa sevinib gülür.
Söylə, gözlərindən axan göz yaşı
Niye ürəyimə axıb tökülmür?
Gəlmişəm, yaxşı yol deyim mən sənə,
Başını qaldırıb üzümə baxma,
Hətta, xəyalın da ötüb-kecənə,
Qayıtmaq istəsə bir də,buraxma
Kim idi günahkar bilə bilmədik,
Zaman öz atını capdı, apardı,
Bir tikə sevinci bölə bilmədik,
Fələk xəbər tutub tufan qopardı,
Səni aparırlar, sənsə cevrilib,
Məni axtarırsan qəmli baxışla,
Mənim qol-qanadım can qırılıb,
Əlim sənə yetmez,məni bağışla.
Gedirsən,dalınca su səpir ANAN,
Mənsə göz yaşımla yuyuram yeri,
Kaş bu yuxu ola, qalxıb yuxudan,
Qaytara biləydik ötən günləri..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев