Ruh verdi Xuda cismə, insan belə dirçəldi,
Heç olmadı insanda, nöqsan belə dirçəldi.
Bir xeyli zaman ötdü, əmma yaranan bir gün,
Bu dirçəlişə oldu peşman belə dirçəldi.
Ruh göylü bədən yerli, başlandı dalaş-dava,
Söz düşdü yer üstündə şeytan belə dirçəldi.
Bir gün bülə minvalnan bu Azərbaycanda,
Məqsədlərin uğrunda imkan belə dirçəldi.
Minlərlə piyadayşün bağlandı bütün yollar,
Top vurdu Vəzir qaçdı meydan belə dirçəldi.
Nəsrani qırıb-şatdı, bizsə oturub-durduq.
Təsləmçi növü üzrə idman belə dirçəldi.
Çox kəndi soyub gəldi, yəqin ki, doyub gəldi,
Xankəndi qoyub gəldi bu "xan" belə dirçəldi.
Əql ilə dolu başlar, təyyarədə odlandı,
Xatircəm olub bunlar, nadan belə dirçəldi.
Millət oda yandıqca, mətləbləri qandıqca,
Atəşkəs uzandıqca düşman belə dirçəldi.
Ol vəqti Mübariz də, qulpnan çıxıb ekranda,
Qulpsuzlara qulp qoydu, ekran belə dirçəldi.
Dünyaya vida etdi, bir ömrü təmam etdi,
Ta zühr İmam etdi, Pünhan belə dirçəldi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев