Bizimlə günahlar arasında pərdə
olan Sənin qorxundan, bizi Cənnətinə
yetişdirməkdə vəsilə olan Sənə itaətdən, bu
dünya müsibətlərini bizim üçün
yüngülləşdirməkdə vasitə olan yəqinlikdən
bizə pay ver! Allahım! Bizi yaşatdığın
müddət ərzində eşitmə, görmə və güc
nemətilə mükafatlandır. Bu nemətləri bizim
övladlarımıza da bəxş et! İntiqamımızı bizə
zülm edənlərə qarşı yönəlt və
düşmənlərimiz üzərində qələbə çalmaqda
bizə yardım et! Müsibətimizin dinimizdə
olmasına yol vermə, dünyanı ən başlıca
dərdimiz, qayğımız və elmimizin son pilləsi
etmə! Bizə qarşı mərhəmətli olmayanları
üzərimizə göndərmə!»
«Allahım! Günahımı, cahilliyimi, israfçılığımı
və məndən daha yaxşı bildiyin günahlarımı
bağışla! Allahım! Ciddi və qeyri-ciddi,
bilmədən və qəsdən etdiyim səhvlərə görə
məni bağışla! Bunların hamısı məndə
mövcuddur».
«Allahım! Sənə təslim oldum, Sənə iman
gətirdim, Sənə təvəkkül etdim, tövbə edərək
Sənə qayıtdım və Sənin adını və ya kəlamını
hüccət tutaraq mübahisə etdim. Allahım!
Zəlalətə uğramaqdan Sənin izzətinə
sığınıram. Səndən başqa ibadətə layiq haqq
məbud yoxdur. Sən ölməz, əzəli və
əbədisən. Cinlər və insanlar isə öləndir».
«Allahım! Yüksəklikdən yıxılmaqdan,
dağıntıdan, boğularaq və yanaraq
ölməkdən Sənə sığınıram. Ölüm ayağında
olarkən şeytanın məni aldatmasından Sənə
pənah aparıram. Sənin yolunda döyüşərkən
döyüş meydanından qaçaraq ölməkdən,
ilan və ya əqrəbin çalması nəticəsində
ölməkdən Sənə pənah aparıram».
«Allahım! Aclıqdan Sənə pənah aparıram.
Aclıq nə pis yoldaşdır. Xəyanətdən Sənə
pənah aparıram. Xəyanət nə pis sirdaşdır».
«Allahım! Acizlikdən, tənbəllikdən,
qorxaqlıqdan, paxıllıqdan, qocalıq
dərdindən, qəddarlıqdan, qəflətdən,
kasıbçılıqdan, zəlillikdən, miskinlikdən,
yoxsulluqdan, küfrdən, fasiqlikdən,
ədavətdən, nifaqdan, pis tanınmaqdan
(adımın çıxmasından), riyakarlıqdan,
karlıqdan, lallıqdan, divanəlikdən,
cüzamdan, albinizmdən və pis
xəstəliklərdən Sənə sığınıram».
«Allahım! Günahlardan və borclardan Sənə
sığınıram».
«Allahım! Pis gündən, pis gecədən, pis
vaxtdan, pis dostdan və axirətdəki pis
qonşudan Sənə sığınıram».
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
СУБХАНАЛЛАХ