səhv bildiyimiz doğrular…
Bəzən insan öz sağlamlığı üçün xeyirli və zərərli
olanları yaxşı fərqləndirə bilmir. Təbii ki, bütün
bunlar orqanizmdə problemlərin yaranmasına
səbəb olur. Bəs diş sağlamlığı haqqında insanların
səhv və doğru fikirləri hansılardır:
- “Ağız qoxusu problemi hamıda var” deyənlər səhv
fikirləşirlər. Ağız qoxusu - çürük diş, diş əti
xəstəliyi, həzm sistemi ilə əlaqədar narahatlıqlar,
üst tənəffüs yolu infeksiyalarından qaynaqlanan
ağız problemidir. Bu, insanların ictimai həyat
fəaliyyətinə təsir edən bir faktordur. Dişi
fırçaladıqdan sonra dilin üst qisminin xüsusi dil
fırçası və ya diş fırçasının sapıyla sıyrılaraq
təmizləmək ağızda mikrobların çoxalmasının
qarşısını alır. Başqa problemlər yoxdursa, bu
təmizləmə ağız qoxusunun qarşısını ala bilər.
- Validenlər düşünürlər ki, uşağın süd dişi
çəkildikdən sonra bu dişlərə plomb qoydurmaq
olmaz, onsuz da yeni dişlər çıxacaqdır. Əslində bu,
səhv yanaşmadır. Çünki uşağın süd dişinin erkən
çəkilişi yeni çıxacaq daimi dişlərdə mürəkkəbliyə
və çənə sümüyünün inkişafında pozulmalara səbəb
ola bilər. Ona görə də, bu dişlərə plomb
qoyulmalıdır.
- Bəzi insanlar fikirləşirlər ki, sərt diş fırçası ilə
dişləri sürtəndə dişlər daha yaxşı təmizlənir.
Əslində bu, yanlış fikirdir. Çünki dişləri yaxşı
fırçalamaq fırçanın sərtliliyi ilə deyil, fırçanın
texnikasıyla əlaqədardır. Ümumiyyətlə, orta
sərtlikdə olan diş fırçalarının istifadə edilməsi
məsləhətdir. Çox sərt fırçalar dişləri zədələyə bilər.
- Düşünürük ki, dişləri sərt şəkildə (fırçanı dişlərə
möhkəm basaraq) fırçalamaq daha yaxşı
təmizləyər. Əslində bu da səhv düşüncədir. Dişlərin
mina təbəqəsi aşındığı üçün, altdakı sarı təbəqə
ortaya çıxar və dişlər daha sarı görünər. Bundan
əlavə, sərt fırçalama dişlərdə həssaslığa və diş əti
çəkilməsinə səbəb ola bilər.
- Ağardıcı əsaslı diş pastaları dişlərə zərər verər,
zamanla aşındırmalara səbəb olar. Bu fikir
doğrudur. Diş ağardırıcısı kimi bazarda satılan
məcunlar əslində dişləri ağartmaz. Siqarət çəkənlər
üçün istehsal edilmiş diş məcunlarının tərkibində
çox miqdarda aşındırıcı maddələr var. Bu
məcunlardan davamlı olaraq istifadə diş minasına
qalıcı zərərlər verə bilir.
- Karbonat (soda) və duzla fırçalamaq dişləri
ağartmaz. Bu doğrudur. Karbonat və duz iri
gimircikli maddələr olduğu üçün dişin mina
təbəqələrini zədələyə və cıza bilər. Nəticədə dişlər
parlaqlığını və yeyib içdiyimiz qidalarla daha qısa
zamanda təbii rəngini itirər.
- Diş ağartma əməliyyatı mütləq bir diş
həkimindən professional kömək alınaraq
edilməlidir. Kənardan deyilən vasitələrlə diş
ağartmağa çalışmaq son dərəcə səhvdir. Ağartma
əməliyyatı, normal diş rəngini daha da açmaq üçün
edilər. Ağartmanın edildiyi ilk dövrlərdə qəhvə, çay
və siqaret kimi dişləri rəngləndirəcək faktorlardan
uzaq durmaq lazımdır. Ağartmanı həyata keçirən
həkimin tövsiyyələrinə qulaq asılsa, ağartmanın
heç bir yan təsiri olmaz.- Diş daşını təmizlətdirmək
dişin minasına zərər verər. Bu səhv fikirdir. Diş
daşı təmizliyini mütəxəssis bir həkim doğru şəkildə
həyata keçirərsə mina zədələnilməsinə səbəb
olmaz. Çünki diş daşı təmizliyi əməliyyatında diş
toxumasına zərər verilmədən, diş səthinə aid
olmayan sonradan yaranmış hissəciklər (val, diş
daşı) təmizlənir.
- Ağrıyan dişi çəkdirib xilas olmaq problemin həlli
demək deyil. Dişi müalicə edərək mümkün
olduğunca ağızda tutmaq lazımdır. Bu doğru
yanaşmadır. Çürük diş üçün mümkün olan hər cür
müalicə tətbiq olunmalıdır. Çünki nə funksiya, nə
də estetik cəhətdən heç bir protez öz dişinizdən
daha yaxşı ola bilməz.
Dişləri necə fırçalamalı?
Dişləri fırçalamaqda məqsəd dişlərin üzərinə
yapışmış və gözlə görülə bilməyən hissəcikləri
təmizləyərək sağlam bir ağıza sahib olmaqdır.
Ağız sağlamlığını qorumaq üçün 3 vasitəyə fikir
vermək kifayətdir: diş fırçası, diş pastası və diş ipi.
Diş fırçasını 3-4 aydan bir dəyişmək məsləhətdir.
Dişlərinizi yumazdan əvvəl fırçanızı sabunla yuyun.
Çünki bakteriyalar fırçanın dərinliklərinə toplanır.
Sərt tüklü fırçadan istifadə etmək məsləhət deyil.
Dişləriniz zədələnə bilər. Gündə iki dəfə dişləri
fırçalamaq və yeməkdən sonra diş ipindən istifadə
etmək sağlam ağızın açarıdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев