Səni elə sevdim ki, Sən buraxıb getsən də
sevdim. Səni elə sevdim ki, sən gülsən mən
ağlasam da sevdim. Səni elə sevdim ki, qurtardı
desən də sevdim. Səni elə sevdim ki, sənin üçün
ağladığımı sevdim. Səni elə sevdim ki, sənsizliyimi sənin üçün sevdim...
Dənizlərin mavisində tapdım səni. Ulduzlara
baxınca gördüm səni. Günəşin doğuşu qədər saf
və temizdi. Quş cıvıltıları qədər sevincliydi. Ay
qədər parlaqdı. Su qədər pakdı gül üzün.
Baxışlarında tapdım illər əvvəlini. O məsum duyguları və uşaqlığını...
Sevgidə əzabdan qurtulmaq ən çətin mərhələdir:
çünki bu geri qayıdan mərhələdir.
Sevgi yeganə varlıqdır ki, hətta müdrik insan
belə onun qarşısında baş əyir.
Sevgi bizim mövcudluğumuzun həm əvvəli, həm də sonudur.
Sevginin nifrəti də, əzabı da, cəzası da sevgini
yaşada biləcək qədər güclüdür. Sevgi sanki insanların ürəyindəki diş ağrısıdır.
Kiməsə öz sevgivi həsr edirsənsə sən hələ bilə
bilməzsən o sənə cavab verə biləcək ya yox:
ancaq sən güvənmə ki, sevgivi sənə geri
qaytaracaq. Sadəcə gözlə ki, sənin sevgin onun
ürəyində yaranacaq: hətta yaranmasa belə sənin ürəyindəki o möhtəşəmlikdə sevginin olmasına
sevin!
Sevdiyin qıza görə ölmək çətin iş deyil: çətin
olanı o qıza görə hətta ölə bilməməkdir.
Qadınları sevməmək cinayətdir, sevmək isə
cəzadır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев