Analar ard-arda düzülüb yola,
Bacılar gözündən axıdır yaşı.
Kişilik məktəbi əsgərlik ola,
Qoru bu torpağı, qoru bu daşı.
Gül-çiçək səpilib bütün yollara,
Neçə min əsgəri yola salırıq.
Uğurlar diləyib bu oğullara,
Ümüdlə onlarla vidalaşırıq.
Anam baxır, qardaşımın gözünə,
Ürəyindən nələr gəlib, nə keçir.
Ramil gəlir gözlərinin önünə,
Vasifə, Ramili nümunə seçir.
Deyir-oğul, yaxşı qulaq as mənə,
Boş yerə salmadım Ramili yada.
Allahım hər zaman yar olsun sənə,
Ramil kimi ucalasan dünyada.
Yastığın daş olsun, döşəyin torpaq,
Yorğanın qar olsun, sirdaşın silah.
Mətin dayan, səngərlərdə ol oyaq,
Sag-salamat qayıdarsan Inşallah.
Vasif baxır anasının üzünə,
Qarşında əyilib diz üstə çökür.
Deyir-sadiq olacağam vətənə,
Milli bayrağıni üç dəfə öpür.
Ürək sözü deyir gözəl bacılar,
Başını uca tut, uca qardaşım.
Mərdliyindən qorxub qaçsın dığalar,
Qoru bu torpağı, əsgər qardaşım!
On səkkiz ay nədir gəlib keçəcək,
Təmkinli ol mənim əziz qardaşım.
Yaşlı atam bu həsrətə dözəcək,
Qoru bu torpağı, əsgər qardaşım!
Işğal altındadır torpaqlarımız,
Şəhid olub neçə mömin qardaşın.
Əvvəl-axır öləcəyik hamımız,
Qoru bu torpağı, əsgər qardaşım!
Yolunu gözləyir sevdiyin canan,
Vətənə borcunu qaytar qardaşım.
Yaşayıb, yaşayacaq Azərbaycan,
Qoru bu torpağı, əsgər qardaşım!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев