Предыдущая публикация
Hüzeyfə deyir: Eşitdim ki, imam Hüseyn(ə) buyurur: And olsun Allaha! Bəni-Üməyyənin qəddar və itaətsiz şəxsləri məni qətlə yetirmək üçün bir yerə toplanacaqlar.
Onların hamısının önündə Ömər Sə’d olacaqdır. İmam Hüseyn(ə) bu xəbəri, Həzrəti-Peyğəmbər(s) sağ olan zaman buyurmuşdur.
Dedim: Bu xəbəri sizə Peyğəmbər(s) vermişdirmi?
Buyurdu: Xeyr.
Peyğəmbərin(s) yanına gedib, Hüseynin(ə) xəbərini ona çatdırdım.
Peyğəmbər(s) buyurdu: Mənim elmim onun elmi, onun elmi mənim elmimdir. Çünki, biz varlıq yaranmamışdan qabaq onların həqiqətinə və sirrlərinə agah idik. (Biharul-Ənvar, 44-cü cild, səh. 184. )
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев