HİNDİSTANLI UŞAQ ŞƏFA TAPDI!
Bu məktubu höccətül islam vəl-müslümin Ayətullah hacı seyyid Təyyib Cəzairi bizim ünvana göndərib:
«Bu hadisə təxminən günəş ili ilə 1325-ci ildə baş vermişdir. Hindistanda (Loknhov şəhərində) olan vaxt gənclik illərinə təzəcə qədəm qoymuşdum. Amma elə bir bahar cavanlığı idi ki, məndən ötrü qışın xəzan yelindən də çətin idi. Çünki, o vaxtlar müxtəlif növ müsibət və xəstəliklər mənim vücuduma üz gətirmişdi. Onlardan biri də bu idi ki, mənə elə bir xəstəlik üz vermişdi ki, həkimlər müalicə etməkdə aciz idilər. Mən həyatdan bezmişdim. O vaxtlar öz-özümə belə fikirləşirdim: Əgər bütün bu giriftarçılıq və xəstəliklərin əlacını bir dəfəlik istəyirsənsə Kərbəlaya get. Özünü o nurlu ziyarətgaha çatdır. Allah Özü vədə verib ki, bu məkanda olunan bütün duaları qəbul edərəm.
Beləliklə, bir müddət sonra bütün müşkülatlara baxmayaraq özümü Allah yanında uca məqamı olan Kərbəla ziyarətgahına çatdırdım.
Ah! Necə deyim ki, Kərbəlaya yetişəndə məndə hansı halət üz verdi?!
Elə ki, o qızıl günbəzi gördüm, öz-özümə belə zəmzəmə etdim:
«Axı mən ədəbsiz kiməm? Bura əcib bir dərgahdır! Bəşərin, cinlərin və mələklərin səcdəgahı burdadır!»
Sonra özümü pak zirehə atdım. Ağlar gözlə və həyacanlı halda belə dua etdim:
Ey qibleyi aləm və Peyğəmbərin övladı! Ey həyat mənbəyi və nicat gəmisi! Ey nuri səqəleyn və iki dünyanın ağası! Ey imam Hüseyn! Ey şəfa çeşməsi! Ey Fatimeyi Zəhranın qəlbinin əzizi! Mən miskin, bu qəmli qəlbimlə uzaq ölkədən sizə tərəf üz gətirmişəm. Dağ ağırlıqda müsibətim və dəryalar qədər müşkülüm var. Amma əgər siz istəsəniz dağ təpə olar və dərya kuzəyə dönər. Sizin bir baxışınız gülü gülaba və zərrəni günəşə döndərər!
Nə isə bir müddət özümü pak zirehə bağladım və bir neçə gün orada qaldım. İşim-gücüm ah-nalə və ağlamaq idi. Amma nə qədər ah-nalə etdim və nə qədər ümid bağladımsa məqsədimə yetə bilmirdim. Az qalmışdı ki, imanım zəifləsin və ruhi cəhətdən əqidəm korlansın. Şeytan qəlbimə vəsvəsə salmışdı ki, axı nəyə görə imam Hüseyn (əleyhissalam) mənə cavab vermir? Nəyə görə yuxuma girmir? Mən ki, Harunun xəzinəsin və Harunun qüdrətin istəmirdim!
Bir tərəfdən ahu-zarda, bir tərəfdən də səhlənkarlıq edirəm. Gecə-gündüz xahiş və yalvarışdayam. Amma, ağa mənə heç diqqət etmir. İlahi! Yəni, bütün bu şayələr əsassızdır. Əgər imam Hüseyn (əleyhissalam) həmin dillərdə deyilən şövkət və qüdrət sahibidirsə, axı nəyə görə mənim muradımı vermir? Nəyə görə möcüzə göstərmir?
Belə «suallardan» zehnimdən çox keçirtdim. Ağlım çaşmış, əqidəmdə çaşqınlıq əmələ gəlmişdi. Ondan qafil idim ki, Əhli-beyt (əleyhimussalam)-ın işləri bəzi məsləhətlər üzündəndir. Bəşərin ağlı onu dərk etməkdə acizdir. Bəzən insanın bir şeyi tezliklə istəməsi onu müxtəlif xətərli bəlalara mübtəla edə bilər.
Bu, o uşağa bənzəyir ki, əli taxçanın üstünə çatmır və əlinin qısa olmasından inciməyə başlayır. Amma, uşaq bir şeydən qafildir ki, əgər əlləri taxçaya çatsaydı onun üstündə kəsici şüşələr ola bilərdi və o şüşələr onun başına düşə bilərdi. Yaxud ,taxçada isti su ola bilərdi və uşağın əli ora çatardısa onu başına töküb özünü yandıra bilərdi. Lakin, ağlı çoxaldıqca əlləri də taxçaya çatar və onun üstündəkilərdən lazımınca istifadə edə bilərdi.
Mənim üçün də həmin vəziyyət qarşıma çıxmışdı. Çünki, o vaxtlar (yaşımın azlığından və təcrübəm olmadığına görə) məqsədimə çata bilmədim. Lakin sonralar imam Hüseyn (əleyhissalam)-dan hər nə istədimsə ondan daha çoxunu mənə qismət etdi.
«Qaranlıqda yanan məşəl gördüm». Təbiidir ki, imam Hüseyn (əleyhissalam)-dan muradımı almayan anda şiddətli heyranda qaldım. Az qaldı ki, zəlalət quyusuna düşəm. Həmin arada Allah köməyim oldu və mənim üçün hidayət çırağını göndərdi. Elə ki, zirehə yaxınlaşdım sağ tərəfimə baxdım. Gördüm ki, başqa birisi də özünü zirəhə sürtüb raz-niyaz edir. Yadımda deyil nə vaxta qədər hər ikimiz özümüzü zirəhə bağlamışdıq. Nəhayət, dəstəmazımı təzələməkdən ötrü hərəmdən çölə çıxdım. Yolüstü həmən şəxsə salam verdim. Soruşdum: Siz hansı diyardansınız? Cavab verdi: Hindistanın «Loknhov» şəhərindən.» Yəni, həmin şəhər ki, mən də oradan idim. Mən də özümü təqdim etdim. O, məni tamamilə tanıdı və böyük ehtiram göstərdi.O məndən yaşlı idi. Ona görə də mənimlə böyük qardaş kimi rəftar edirdi. Məni böyük mehribançılıqla öz otağına gətirdi. Ac idim. Məndən ötrü nahar hazırladı. Bu münasibətə görə onunla çox yaxından dostlaşdım. Nəhayət, cürət tapıb ondan soruşdum ki, ay qardaş sizə nə oldu ki, buraya gəldiniz və özünüzü müqəddəs ziyarətgaha saldınız?
Cavab verdi: Xəstəyəm və şəfa tapmaqdan ötrü gəlmişəm. Dedim: Əgər muradınızı imam Hüseyndən (əleyhissalam)-dan ala bilməsəniz onda nə edəcəksiniz?
Dedi: Nə etməliyəm? Dedim: Məgər qəlbinizdə şəkk-şübhə yaranmayacaq?
Dedi: Heç vaxt!
Dedim: Nəyə görə?
Cavab verdi: Bir kəs ki, günün günorta çağı həzrət Əbülfəzl Abbası (əleyhissalam)-ı görə və onunla söhbət edib hacətini ala, necə ola bilər ki, qəlbində onlara qarşı şəkk-şübhə yaransın?
Dedim: Xahiş edirəm əhvalatı mənə ətraflı nəql edin.
Buyurdu: Bu hadisə mənim uşaqlıq illərimə təsadüf edir. Lakin o qədər də balaca deyildim ki, hadisə yadımdan çıxmış olsun. Bəlkə də yaşım elə idi ki, bu hadisəni bütün xırdalıqlarına qədər zehnimdə saxlamışam.
Sözünə davam etdi: Uşaqlıqda qarınağrı xəstəliyinə tutulmuşdum. Nə qədər həkimlərə getdimsə faydası olmadı. O belə ki, valideynlərim mənim yaşamağımdan ümidlərini üzmüşdülər. Elə ki, ölüm halına gəldim, anam məni qucağına alıb «Həzrət Əbülfəzl Abbasın» zirehinin yanına apardı. Bədənim nəcis olduğuna görə məni qapının ağzında yerə qoyub özü içəri girdi və zar-zar ağlamağa başladı. Hindistanın «Loknhov» şəhərində «Həzrət Əbülfəzl Abbas dərgahı» adlı ziyarətgah var.Hər millətdən ora ziyarətə gəlir və çoxlu kəramət görürlər.
Mən ,o müqəddəs məqamda böyük qapının qırağında torpaq üstündə qalmışdım. Hər tərəfimdən sinə vuranlar və əzadarlıq edənlər keçirdilər. O səhnəni müşahidə etdikcə gah imam Hüseyn (ə)-a, gah da öz halıma ağlayırdım. Həzrət Əbülfəzl Abbas (ə) zahir oldu. Həmin arada bir atlı gördüm ki, mənə tərəf gəlirdi. Atlı mənim yanıma gəldi və məni adımla çağıraraq dedi: Sən burada neynirsən? Nəyə görə torpağın üstündə qalmısan? Niyə görə ağlayırsan?
Dedim: Ağa! Mən xəstəyəm, durmağa qüdrətim yoxdur.
Dedi: Anan hardadır?
Dedim: Zirehin yanına gedib ki, məndən ötrü dua etsin.
Dedi: Dur otur!
Dedim: Ağa, mənim qüdrətim yoxdur, xəstəyəm!
Dedi: Mən deyirəm dur! Sən yaxşı olmusan.
O vaxt mən onun sözü ilə ayağa durdum. Gördüm ki, ayaqlarıma qüvvət gəlib. O qüdrətsizlikdən məndə heç bir əsər əlamət yox idi. Xoşhal oldum və soruşdum: Ağa! Siz kimsiniz?
Dedi: Bu hərəm kimindir?
Dedim: Bu həzrət Əbülfəzl Abbasındır.
Dedi: Mən Əbülfəzl Abbasam! Anan zirehin yanında fəryad edir. Get onu çağır.Artıq sən yaxşı olmusan və xəstə deyilsən.
Bunu dedi və mənim gözlərimdən yoxa çıxdı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев