HƏZRƏT FATİMEYİ-MƏSUMƏYƏ(S) TƏVƏSSÜL VƏ ONUN MÜŞKÜLÜNÜ HƏZRƏT ƏBÜLFƏZL ABBAS (Ə)-A HƏVALƏ ETMƏSİ!
Höccətül-islam vəl-müslimin Hacı şeyx Abbas Şeyxür-rəis Kermani 1376-cı il \4\31\ mənim xahişimə cavab olaraq aşağıdakı məzmundabelə bir məktub yazmışdır:
«Təxminən hicri qəməri ili ilə 1332-ci ildə öz atamın və möhtərəm ustadlarımın yanında dini elmləri oxuyan tələbə idim. İranın Kerman şəhərində təhsil almaqla məşğul idim. Birdən «sinəmin sağ tərəfində döş qəfəsimin altında» şiddətli ağrı hiss etdim. Müalicədən ötrü bir neçə həkimə müraciət etdim. Amma bütün təcrübələr, yoxlamalar və müalicələrin heç birisi xəstəliyimin əsl dərmanını və narahatçılığımı tapa bilmədi.
Bətnimdə «tumur» və ya «on iki barmaq» xəstəliyinin olması ehtimalı ilə həkimlər az bir gümanla zəmanət verməklə cərrahiyyə əməliyyatını başlamağı təklif edirdilər. Hərə bir nəzəriyyə verirdi, ağrının şiddəti və narahatçılıq o qədər çox idi ki, arzu edirdim ki, bir saatda olsa məni rahat buraxsınlar. O vaxtlar 24 yaşım olardı. Təhsilimi təkmilləşdirməkdən ötrü Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından olub orada dəfn olunan müqəddəs «Qum» şəhərinə gəldim. Bu şəhərdə özümə ev kirayə etdim. Təbii olaraq xəstəliyimin müalicəsi davam edirdi. Bütün bunlarla yanaşı dua və təvəssüldən qafil deyildim. O vaxta qədər ki, günlərin birində həzrəti Fatimeyi-Məsumənin (s.ə) dua edib, Allah dərgahından onun məqamına xatir şəfa tapmağımı dilədim. Həmin gecə yuxu aləmində gördüm ki, bir nəfər qırmızı tüklü qoyunu mənə göstərib buyurdu:
Həzrət Əbülfəzl Abbasa (ə) qurban kəsməkdən ötrü nəzr elə ki, tezliklə şəfa tapasan!
Sonra mənə xitabən buyurdu:
«Demə ki, yuxu görürəm». -Bu cümləni üç dəfə təkrar etdi. (İşarə olunurdu ki, etinasızlıq etmə.)
Ayılan kimi necə ki, yuxuda əmr olunmuşdu o cür də nəzr etdim. Bu vaxta qədər belə yuxu görməməyimlə bərabər heç nəzr etməyin və onun təsirindən də xəbərim yox idi. Çünki bu hadisədən az bir vaxt sonra bütün narahatçılığım aradan getdi.
Təsadüfən həmin günlərdə o il məhərrəm ayında imam Hüseyn (əleyhissalam) məclisində istifadə etməkdən ötrü Tikdər kəndində az qoyun var idi. Etdiyim nəzirə əsasən, xahiş etdim ki, nəzr etdiyim nişanədə qoyun tapsınlar. Əgər qırmızı tüklü olsa daha yaxşı olardı. Maraqlıdır ki, yuxumda gördüyüm həmin rəngdə qoyunu mənim üçün aldılar. 35 tümənə həmin qoyunu alıb həzrət Əbulfəzl Abbas (əleyhissalam)-ın niyyəti ilə qurban kəsdim. Doğrudur ki, nəzr etmək əmri yalnız o illə bağlı idi, amma həzrət Fatimeyi Məsumənin (s.ə) və Əbülfəzl Abbas (əleyhissalam) bərəkətindən hər il Babul-həvaic» adına «rövzə» məclisi qurur, 40 ilə yaxındır ki, onların hörmətini saxlayıram. Bununla da Allah dərgahında onlara yaxın olmağa çalışıram.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев