GİRİŞ
Əvvəlcədən qeyd etdiyimiz kimi bütün bu kəramətlər dünyanın müxtəlif şəhərlərindən kitabın müəllifinə məktub vasitəsi ilə göndərilmişdir.
Qısa da olsa bəri başdan qeyd etməliyik ki, Allah yanında uca məqamı olanlara müstəqil şəkildə təvəssül etmək şəriətdə haram və günah sayılır. Bizim Allah yanında uca məqamlı insanlara müraciət etməkdən məqsədimiz əsl niyyətimizi Allahdan istədiyimizə görədir. Başqa sözlə desək, biz özümüzün Allah dərgahında layiqincə məqamımız olmadığına görə Qurani-Kərimin Maidə surəsinin 35-ci ayəsinə əsasən:
«Ey iman gətirənlər! Allahdan qorxun. Ona [Onun rəhmətinə və lütfünə qovuşmaq üçün] yol axtarın...» (Maidə-35).
Allah yanında uca məqamı olanları, Allahla özümüz arasında vasitə (yol) qərar veririk. Bu iş şəriətdə heç də qadağan deyil, bəlkə də ən çox xoşagələn işlərdəndir və günahkar şəxsin duasının daha tez qəbul olmasına səbəb olur. Ümidvarıq ki, Allah-taala qiyamətin günündə oğul-uşağın və mal-dövlətin fayda verməyəcəyi bir gündə bizləri belə uca məqamlı övliyaların şəfaətindən uzaq etməsin! İlahi! Amin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев