Həzrət Əbülfəzl (ə)-ın anası Ümmül Bəninin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Əsl adı --------- Fatimə
Künyəsi --------- Ümmül Bənin
Anası ---------- Səamə
Həyat yoldaşı---- Əli (əleyhissalam)
Dörd şəhid anası olub -- Abbas, Əbdüllah, Cəfər və Osman.
Qəbri şərifi -- Mədinə, «Bəqi» qəbiristanlığında.
Tarixdə bu qadının özünün anadan olduğu vaxt qeyd olunmayıb. Lakin onun böyük oğlu Həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26-cı ilində dünyaya gəldiyi göstərilir. Bu qadın özünün əxlaqı, şücaəti, kəramətləri və isməti ilə tarix kitablarında tanınır. Tarix nişan verir ki, Ümmül Bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu öz əlləri ilə kömək üçün kömək üçün İmamla(əleyhissalam) göndərir. Onların qətl xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır və öz oğullarının ona fəda olmasını arzulayır. Bu da onun imanının nə dərəcədə yüksək olmasına işarədir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев