Həzrət Əli (əleyhissalam)-ın barəsində danışmaqdan ötrü xüsusi kitaba ehtiyac vardır. Lakin qısa da olsa Həzrətin həyatına nəzər sala bilərik.
Əli (əleyhissalam) besətdən on il qabaq müqəddəs Kəbədə doğulmuşdur. Otuz il imamətlik dövründə cəmi dörd il doqquz ay xilafətdə olmuşdur. Hicrətin 40-cı ili Ramazan ayının 19-da (Allahın lənətinə gəlmiş) ibni Mülcəm adlı həyasız bir varlıq tərəfindən qılınclanmış və nəhayət 21-də şəhadətə yetmişdir.
Əli (əleyhissalam) Məsum imam olmaqla yanaşı özünün şücaəti və qəhrəmanlığı ilə tanınmışdır. Ədalət naminə həyatından belə keçməyə hər an hazır olan İmam (əleyhissalam), özünün əxlaqi xüsusiyyətləri ilə bəşərə nümunə idi. Tarix səhifələrində çoxlu kəramətlərinin olduğu göstərilir. İmamın kəramətlərindən, əli kəsilmiş şəxsə əl bağışlaması, anadan gəlmə kor yetimin gözlərinin açılması, ölünün kəllə sümüklərinin İmamla danışması, Əshabı Kəhfin dirilməsi və onunla söhbət etməsi, o cümlədən onlarla belə kəramətləri tarix kitablarında qeydə alınmışdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев