Mədinə əhalisi Həzrət Zeynəbin, Həzrət Səccad (əleyhis-salam)-ın ətrafına yığışıb şivənlə, ah-nalə ilə başsağlığı verməyə başladılar.
İmam Səccad (əleyhis-salam) özünün (camaata) yolgöstərmə vəzifəsinə əməl edərək gələcək hərəkət tərzini təyin etmək üçün əli ilə işarə edib camaatı sakitləşdirdi. Hamı hörmət əlaməti olaraq sakit oldu. Həzrət Allaha həmd etdikdən sonra buyurdu: Allaha şükür edirik–həyatın çətinlik və giriftarlıqlarında, dərdli bəla, qəm-qüssəli hadisə, böyük və ağır, qəmli müsibətlərdə! Ey camaat, Allaha şükür olsun ki, bizi böyük müsibətlərlə imtahan etdi. İndi İslamda Əba Əbdillah Hüseyn (əleyhis-salam) və onun itrətinin öldürülməsi, o cənabın ailəsinin əsir edilməsi kimi ağır itki baş vermişdir. O Həzrətin müqəddəs başını nizə başında şəhərbəşəhər diyarbadiyar gəzdirdilər. Bu, misli görünməyən bir faciədir. Ey camaat, sizdən hansı birisi Hüseyn (əleyhis-salam)-ın şəhadətindən sonra şad olacaqdır? Hansı qəlb ona görə qəmgin olmaz? Hansı göz yaş axıtmadan çəkinər? Halbuki, atamın şəhadətində asimanlar ağladı, dəryalar öz dalğaları ilə ona matəm tutdular. Asimanların, yerin fəryadı ucaldı, ağacların şaxələri, dəryadakı balıqlar, müqərrəb mələklər və bütün səma əhli bu müsibətdən cuşa gəlib qəmgin oldu. Ey Mədinə əhli, hansı qəlb Hüseyn (əleyhis-salam)-ın qətlindən təsirlənmədi? Görəsən, hansı qulağın İslamdakı bu itkini eşitməyə taqəti vardır? Ey camaat, bizi pərakəndə edib şəhərbəşəhər dolandıraraq öz şəhər və diyarımızdan elə uzaqlaşdırdılar ki, guya biz Türküstan, yaxud Kabul əhli idik. Günah və təqsirimiz olmadan bu qədər zülmü bizə rəva gördülər; elə bir zülm ki, bunu heç öz əcdadlarımızdan belə eşitməmişdik. Allaha and olsun, əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizi onlara sifariş etmək yerinə, öldürmələrini əmr etsəydi, bizim barəmizdə rəva gördükləri bu zülm və sitəmdən artıq bir iş görə bilməzdilər. Bu müsibət necə ürəkyandıran, acı və çətindir. Biz bu müsibətlə imtahan olunduq! Allah onların bizə qarşı etdikləri bu qədər zülmün hesabına yetişəcəkdir. Çünki intiqam alan və qüdrətli yalnız Odur.
Bu xütbədən sonra Əhli-beyt (əleyhimüs-salam) karvanı Mədinə camaatının nalə və şivən sədaları altında şəhərə daxil oldu. Əhli-beytin gözü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə sataşanda, nalələr daha da ucaldı. Va Cəddah! Va Mühəmməda! Ya Rəsuləllah, sənin gözlərinin nuru Hüseyni susuz öldürdülər, sənin Əhli-beytini romalı əsirlər kimi şəhərbəşəhər, şəhidlərin kəsik başları ilə birlikdə dolandırdılar.
Həzrət Zeynəb (əleyha-salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə çatıb qapının dəstəyindən tutdu və dedi:
Ey mənim əziz cəddim, Hüseyn (əleyhis-salam)-ın şəhadət xəbərini sənə gətirmişəm!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев