İmam Səccad (əleyhis-salam) və Həzrət Zeynəbin (əleyha salam)-ın şamlıların içində söylədikləri xütbələrin təsiri elə güclü idi ki, axırda Yezid aşkar şəkildə Kərbəlada baş vermiş hadisədən peşmançılığını izhar edərək xalq kütlələri qarşısında səy etdi ki, özinə bəraət qazandırıb bu işin təqsirini ibni Ziyadın boynuna atsın. Buna görə də əsirlərə icazə verdi ki, şəhidlərə matəm məclisi qursunlar. O, söz verdi ki, İmam Səccad (əleyhis-salam)-ın üç istəyini yerinə yetirsin.
Qarət olunmuş şeyləri, o cümlədən Həzrət Fatimə (əleyha salam)-ın öz əli ilə toxuduğu şeyləri ona qaytarsın. Bəzi rəvayətlərə görə, İmam Hüseyn (əleyhis-salam)-ın mübarək başına da Yeziddən aldı, Kərbəlaya aparıb o Həzrətin pak cənazəsinin yanında dəfn etdi.
Yezid Əhli-beytin Mədinəyə getməsi üçün lazım olan səfər vəsaitini hazırladı. Əhli-beyt Kərbəla yolundan Mədinəyə sarı yola düşdü. Bəzi rəvayətlərə görə ərbəin günü Kərbəlaya yetişdilər. Əhli-beyt Kərbəlada ziyarətə gələn Cabir ibni Əbdüllah Ənsari və Bəni-haşimdən bir dəstə ilə qarşılaşdı. Bir neçə gün şəhidlərə matəm saxladılar. Bu əzadarlıqlar ətraf məntəqələrdə çadırlarda yaşayan qəbilələrə çatdı. Onlar da məatəmə qoşuldular.
ƏHLİ-BEYTİN MƏDİNƏYƏ DAXİL OLMASI
Ərbəin mərasimindən sonra Əhli-beyt karvanı Mədinəyə tərəf yola düşdü. Mədinəyə çatdıqda Həzrət Səccad (əleyhissalam) fərman verdi ki, şəhərin kənarında köç salsınlar ki, mədinəlilər xəbərdar olsunlar. İmam Səccad (əleyhissalam) Bəşir ibni Cəzləmə buyurdu ki, İmam Hüseyn (əleyhissalam)-ın şəhadət xəbərini camaata çatdırsın.
O həzrət necə yaxşı bir insanı bu iş üçün seçdi! Bəşir ata minib sürətlə şəhərə daxil oldu, camaatı birbaşa Məscidün-nəbiyə çağırdı. Orada çoxlu adam yığışmışdı. Bəşir ağlamağa başladı, uca səslə şer deməklə İmam Hüseyn (əleyhis-salam)-ın şəhadət xəbərini onlara çatdırdı. O, Mədinəlilərə dedi:
Ey əhli-Mədinə! Daha sizin üçün Mədinədə qalmağa yer yoxdur. Çünki İmam Hüseyn (əleyhis-salam) qətlə yetirildi, buna görə də ürəyim qan ağlayır. Onun bədəni Kərbəlada qana qəltan olmuşdur və müqəddəs başını nizədə şəhərbəşəhər gəzdirdilər.
Bəşirin sözləri bura çatdıqda, camaat başlarına-vurur, Vay Hüseyn, Vay Hüseyn, vay məzlum!–deyə ağlaşırdılar. Bir neçə nəfər Bəşirin ətrafına yığışıb soruşdular:–Bəs ismət və təharət Əhli-beyti indi haradadır?
Bəşir dedi:–Əhli-beytin sağ qalanları şəhərin kənarındadır. Ey Mədinə əhli, indi İmam Səccad (əleyhissalam) bibiləri, bacıları ilə birlikdə sizin yaxınlığınızda, şəhərin kənarında çadır qurmuş, məni sizin yanınıza göndərmişdir ki, şəhər əhalisini baş vermiş hadisədən agah edim. Gedək onları sizə göstərim.
Camaatın ah-nalə, şivən səsləri göylərə ucalırdı. Qadınlar başlarına, üzlərinə vurub deyirdilər: Ey müsibətlər anası! Ey Zeynəb! Ey Əlinin qızı, sənin üçün ciyərlər dağlandı. Ey səbir və müqavimət dağı, ey Zeynəbi Kübra! Sənin çəkdiyin müsibətlər nə qədər ağır, necə də böyükdür!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев