Yezidin əmri ilə Əhli-beyt əsirlərini zindana saldılar, Həzrət Səccadı isə özü ilə məscidə apardı. Cümə günü idi. Məscid camaatla dolmuşdu. Yezid minbərə xətib çıxardaraq onun istədiklərinin hamısını danışdı; İmam Hüseyn və Əli (əleyhiməs-salam)-a nalayiq sözlər söylədi, Yezidi və onun atasını isə təriflədi. Gözlənilmədən məclisdən uca bir səs eşidildi, bu səs camaatın sükutunu pozub xətibin səsini kəsdi. Bu səs İmam Səccad (əleyhissalam)-ın səsi idi. Ey xətib, vay olsun sənə! Məxluqun razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəyirsən? Elə indi öz yerini cəhənnəmdə hazır gör!
Xətib özünü itirdi, səsini kəsdi və bir daha danışmayıb minbərdən aşağı düşdü. Bu halda İmam Səccad (əleyhis-salam) Yezidə dedi:–İcazə verirsənmi bu çubuqların üstünə çıxıb bir az danışam? Elə söz danışacağam ki, Allahı razı salsın, camaat üçün əcri olsun.
Yezid icazə vermədi. O, imamı tanıyırdı və bilirdi ki, o Hüseynin oğlu, Əli balasıdır! Yezidin icazə verməməsi camaatda İmamı müdafiə etmək ruhiyyəsi yaratdı. Yeziə dedilər ki, bu işə razılıq versin.
Yezid dedi:–Əgər bu əsir minbərə çıxsa məni və nəslimi rüsvay etməyincə aşağı düşməz. Camaat bu sözləri qəbul etməyib Məgər bu cavan əsirin nə qədər danışıq qüvvəsi var ki, bu işi görə bilsin? deyə Yəzidi məzəmmət etməyə başladılar.
Yezid dedi:–Siz onu tanımırsınız. Mən onu gözəl tanıyıram; o, südəmər vaxtından elm-biliklə məşğuldur. Camaat bir daha israr etdikdə Yezid onların qarşısında davam gətirə bilmədi, nəhayət İmam Səccad (əleyhis-salam) minbərə çıxıb buyurdu:–Əzəli və əbədi olub başlanğıcı olmayan Allaha həmd olsun. O, hər şeydən əvvəl var idi, hər şeydən sonra da olacaq məxluq fani olandan sonra təkcə O qalacaqdır, Ey camaat, Allah bizə çoxlu nemət-helm və səbir, səxavət və alicənablıq, fəsahət və natiqlik, şücaət və igidlik əta etmiş, möminlərin qəlblərini bizim ailəmizin məhəbbət ocağı sanmışdır. Ey camaat! Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bizim ailəmizdəndir, onun canişini bizim ailəmizdəndir Seyyidüş-şühəda Həmzə, Cəfəri Təyyar bizim ailəmizdəndir. Behişt cavanlarının iki sərvəri bizim ailəmizdəndir. Bu ümmətin İmam Qaimi bizim ailəmizdəndir. Ey camaat! Məni tanıyanlar tanıyıb, tanımayanlara isə özümü tanıtdırıram. Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam, mənim atam həcərül-əsvədi əba ilə götürüb Kəbəyə qoyub. Mən o kəsin oğluyam ki, indiyə kimi ehram paltarını geymiş, həccə getmiş, Səfa-Mərva əməllərini yerinə yetirmişdir. Mən o kəsin oluyam ki, gecə ikən Məkkədən Məscidül-əqsaya, oradan da Meraca gedib Sidrətül-müntəhaya çatdı, O, Allaha ən yaxın adam idi. Mən o kəsin oğluyam ki, Allah tərəfindin ona vəhy nazil olurdu. Mən Mühəmməd-Müstəfanın oluyam, mən Xədiceyi-Kübranın oğluyam, mən Əliyyi-Mürtəzanın oğluyam, mən Ftimeyi-Zəhranın oğluyam, mən Sidrətül-müntəhanın oğluyam mən Tuba ağacının oğluyam, mən Kərbəla şəhidi Hüseynin oğluyam!...
İmam Səccadın sözləri buraya çatanda camaatın naləsi, ah-fəğanı yüksəldi, gözlərindən yaş axmağa başladı. Yezid çox narahat oldu, qorxuya düşdü. Müəzzinə əmr etdi ki, azan versin. Müəzzin azana başladı. Allahu Əkbər–İmam Səccad (əleyhis-salam) buyurdu:-Allah hər şeydən böyük, hər şeydən əzəmətlidir.
Müəzzin dedi: Əşhədü ənla ilahə illəllah
İmam Səccad (əleyhis-salam) buyurdu:-Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur.
Müəzzin dedi:-Əşhədu ənnə Mühəmmədər-rəsulullah.
İmam Səccad (əleyhis-salam) belə bir fürsəti gözləyirdi, başından əmmaməni götürüb fəryad etdi:–Ey müəzzin, səni and verirəm Müəhmmədə, bir anlığa sakit ol. (sonra üzünü Yezidə tutub dedi:) Bu Mühəmməd, bu əziz Peyğəmbər sənin cəddindir, yoxsa mənim? Əgər desən ki, öz cəddindir, hamı bilər ki, yalan deyirsən. Yox əgər desən ki sənin cəddindir, onda bəs atamı niyə öldürdün? Niyə əmlakını qarət etdin? Niyə əhli-əyalını əsir etdin?
Bu vaxt İmam Səccad (əleyhis-salam) sinəsini açdı. Camaata xitabən buyurdu:–Yer üzündə məndən başqa bir kəsi tanıyırsınızmı ki, cəddi Rəsulullah olsun? Bəs nə üçün Yezid atamı öldürdü? Nə üçün bizi kafirlər kimi əsir etmişdir? (Sonra Yezidə üzünü tutaraq buyurdu:) Sən deyirsən Mühəmməd Allahın Rəsuludur. və istəyirsən ki, üzü qibləyə durub cümə namazı qılasan? Vay olsun sənə, Qiyamətin günündə atam, cəddim sənin düşmənin olacaqdır!
Yezid fəryad çəkib dedi:-Müəzzin, azanı de!
Şamda bu böyük faciənin-Rəsulullahın nəvəsi Hüseyn (əleyhis-salam)-ın qətli xəbəri aşkar olanda camaat dəhşətə gəldi, öz azğınçılıqlarından heyrətə daldılar. Məclislərində, yığıncaqlarında söhbət yalnız, bu misli görünməmiş ürəkyandıran müsibət barəsində gedirdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев