Bu vaxt Bəni Haşimin zəkalı qadını Həzrət Zeynəb (əleyha salam) qəzəblənib yerindən qalxdı, atası Əli kimi yenidən sözə başladı: Həmd olsun aləmlərin Allahına, salam olsun Onun Peyğəmbəri və övlarlarına. Allah necə də gözəl buyurmuşdur: Pis iş görüb cinayətə mürtəkib olanların işlərinin aqibəti o yerə çatdı ki, Allahın ayələrini təkzib edərək məsxərəyə qoydular.
Ey Yezid elə fikirləşirsən ki, yeri-göyü bizə darısqal edərək bizi əsir kimi çəkib gətirdin, biz də Allahın yanında xar, sən isə əzəmətli oldun? Güman etdin ki, bu hadisələr sənin uca məqamının bəhrəsi idi? Elə buna görə də öyünüb sevinirsən ki, öz dünyanı abad etmiş, işlərin də sənin istədiyin kimidir? Sus!
Dayan! Məgər Allahın buyurduğunu küfr yoluna gedənlər güman etməsinlər ki, onlara verdiyimiz bir neçə günlük möhlət onların səadətləri üçün bir müqəddimədir! Yox, (verilən) bu fürsətlər onların günahlarının çoxalması, üçündür və xaredici əzab onlar üçün hazırdır. yaddan çıxarmısanmı?
Ey azad olunmuşların oğlu! Bu insaf, ya ədalətdəndir ki, öz arvadlarını, kənizlərinə sığınacaq vermisən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qızlarını isə açıq üzlə pərdəsiz, düşmənləri ilə birlikdə şəhərbəşəhər gəzdirirsən, ta ki camaat onların görüb hamı, eləcə də şərafətli-alçaq onlara baxsın, bir halda ki, onları himayə edən kişilərdən heç biri sağ qalmamışdır! Pak insanların ciyərini çeynəyib sonra yerə atan insanlardan, əti-qanı şəhidlərin qanından göyərən adamlardan necə rəhm gözləmək olar?
Ey Yezid, sən bacardığını et, öz hiylə və məkrlərini işə sal bu işdə son dərəcə səy göstər. Amma Allaha and olsun ki, heç vaxt bizim adımızı məhv edə bilməyəcək, bizim vəhy nurumuzu söndürməyə nail olmayacaqsan.
Ey Yezid, sənin ağlın nə qədər azdır, həyatın nə qədər çirkin, tifaqın necə də pərakəndədir! Bir gün gəlib çatacaq, nida edən səslənib deyəcək ki, Allah zülmkarlara lənət etsin.
Yezid şadlıq məclisində çubuqla İmam Hüseyn(əleyhis-salam)-ın mübarək dodaqlarına necə vururdu, halbuki, o həzrətin şərif simasından müqəddəs nurlar süzülür, mübarək başından behiştin iyi duyulurdu. O Həzrət kəsik başla belə özünün əsir olmuş əhli-beytindən nigaran idi, Roma səfirinin bu böyük cinayəti müşahidə edəndə bu çirkin əmələ etiraz etdiyi zaman Yezid onun qətlinə hökm verdi, bu vaxt kəsik başdan səs gəldi.(Lühuf, səh.90)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев