Əhməd ibni İbrahim deyir: İmam Cavad (əleyhis-salam)-ın qızı Həkimədən itaətləri vacib olan şəxslər barəsində soruşdum. O, İmamları bir-bir mənə saydı. Nəhayət Höccətibnil-Həsənə çatdı, onun da adını çəkdi. Ondan on ikinci İmamın harada olmasını xəbər aldım. Cavab verdi ki, qeyb aləmindədir.
Soruşdum:–Bəs onda şiələr kimə pənah aparsın?
Dedi:–Onun nənəsinə, İmam Həsən Əsgərinin anasına.
Dedim:–Mənə əmr edirsən ki, bir arvadı öz yerinə canişin qoyan bir adamı özümə İmam seçim?
Dedi:–Bu, İmam Hüseyn (əleyhis-salam) a iqtida etməkdir, zahirdə bacısı Zeynəbə vəsiyyət etdi. İmam Səccad (əleyhis-salam)-ın elmlərindən hasil olan hər şey Zeynəb (əleyha-salam)-ın dilindən idi, beləliklə İmamət işi gizli qaldı(Əsrarüş-şəhadət)
Elə bu dəqiq məsələyə görə də izzət və din yolunun şəhidi öz bacısını özü ilə yanaşı apardı, çünki, o Həzrət bilirdi ki, onun müqəddəs hədəfləri öz şəhadəti ilə, Bəni Üməyyənin səltənət hiyləsi ilə başqa cür olacaq; və əgər bacısının kəskin nitqləri olmasa, o şəhadətin həqiqəti məsx olunacaq (tərsinə yozulacaq), xüsusilə də Peyğəmbər ailəsi qılıncların, nizələrin mühasirəsində olan ağır vəziyyətdə Həzrət Zeynəb (əleyha-salam) qılıncdan da kəsərli olan bir nitq ilə İbn Ziyadın, Yezidin cinayətləri üstündən pərdələri açdı, onları ifşa etdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев