Предыдущая публикация
Danış dərdlərini, dərdləşək bugün,
Taleyi üzünə ağ olan dəniz.
Biraz əsəbləşək, sərtləşək bugün,
Eşqi sinəsinə dağ olan dəniz.
Al məni qoynuna, ağuşuna çək,
Yenə o sevgini ürəyimə ək,
Mənim parça-parça ümidlərim tək,
Saçları sahilə dağılan dəniz.
Nədir təlatümə gətirən səni?
Nədir damla-damla bitirən səni?
Nədir bu məqama yetirən səni?
Gözünün yaşında boğulan dəniz.
Nədir ürəyini ikiyə bölən?
Görəsən varmıdır dərdini bilən?
Gözünün yaşında boğulub ölən,
Xəlilin gözündə doğulan dəniz!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев