Mənim ömrüm o göylərdən yağan qar,
Dənə-dənə yollarında əridim.
Səninləyəm nə qədər ki tabım var,
Ağlayaraq göz yaşımda kiridim.
.
Hara getsəm mənimlədir xəyalın,
Neyləsəm də gözlərimdən itməyir.
Ağlayıram, islanır gül camalın...
Mən bitirəm, həsrət odu bitməyir.
.
Bu ömrümə cümlə sənsən, heca sən.
Başqa səmtə yönəltsən də yolunu.
Xəyalından soruşuram necəsən?
Qucmaq üçün gen açıram qolumu.
.
Sən gedəndən düzəlməyir qamətim,
Bənövşətək boynum qalıb bükülü.
Gözönümdən çəkilməyir surətin,
Yuxu olub gözlərimdən tökülür.
.
Belə keçir sənsiz mənim hər günüm,
Sanki artıq havalanıb başım da.
Özgəsiylə çalınan toy-düyünün,
Ağlamışam, islanıb göz yaşımda...
.
Əlçatmazım olsan belə daha sən,
Ürəyimə yazılan tək qadınsan.
Var-dövləti tutdun eşqdən baha sən,
Çox əfsus ki mənim deyil, yadınsan.
.
Kədər yaşı heç dolmasın gözünə,
Qoy sevincdən daim olsun gözün nəm.
Doğru olmaz daha düşsəm izinə,
Bundan sonra ömrüm-günüm cəhənnəm
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев