Предыдущая публикация
Qəbrim üstə istəmirəm
Bir dost-tanış ağlasın.
Bir az külək uğuldasın,
Bir az yağış ağlasın.
Qəbrimi bulud sulasın,
Bəlkə bitdim təzədən.
Bir tək-tənha qurd ulasın,
Bir şikəst quş ağlasın.
Qəbrimi lap dərin qazın,
Bir səs-səmir gəlməsin.
Kim ağlasa, xısın-xısın,
Yavaş-yavaş ağlasın.
Ölüm Allah əmridisə,
Qəbrə gir, sakit uzan!..
Hərdən Ölüm əmri yazan
Allah da kaş ağlasın..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1